Yer kürəsinin böyüklüyü və daxili quruluşundakı ideal nisbətlər

Yerin Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər böyüklüyü də önəmlidir. Yer kürəsi canlıların mövcud olması və yaşaması üçün lazımi böyüklükdədir.
Yer kürəsini, kütləsinin 8%-ni təşkil edən Merkuri və ya Yerdən 318 dəfə böyük olan Yupiterlə müqayisə etdikdə planetlərin müxtəlif böyüklükdə olduğunu görərik. Bu qədər müxtəlif böyüklüyə malik planetlər arasında, Yer kürəsinin böyüklüyünün təsadüfən tam lazımi böyüklükdə əmələ gələ bilməyəcəyi açıqca görünür.
Yerin nüvəsindəki ağır elementlərin növü, miqdarı və reaksiya sürəti Yeri əhatə edən qoruyucu maqnit sahəsinin əmələ gəlməsində mühüm rol oynayır. Bu maqnetik qalxan Yer kürəsini kosmosdan gələn zərərli şüalar və maddələrdən qoruyur.
Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə, üzərində yaşadığımız bu göy cisminin tam lazımi böyüklükdə olduğunu görürük. Amerikalı geoloqlar Press və Siver (Siever), Yerin bu cəhətdən “uyğun olması” haqqında bu məlumatları verirlər:
Yer kürəsinin böyüklüyü tam lazımi həddədir. Əgər daha kiçik olsaydı, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi öz ətrafında tutub saxlaya bilməyəcəkdi, daha böyük olsaydı isə, bu dəfə də cazibə qüvvəsi çox güclənəcək və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü hala gətirəcəkdi.

Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyat üçün xüsusi nizama malikdir. Bu daxili quruluşdakı təbəqələr sayəsində, Yer kürəsi müəyyən maqnit sahəsinə malikdir və bu maqnit sahəsi həyatın qorunması üçün çox vacibdir. Press və Siver (Siever) bunu belə açıqlayırlar:

Yer kürəsinin nüvəsi isə, çox böyük həssaslıqla tarazlanmış və radioaktivlik vasitəsilə qidalanan istilik mühərrikidir... Əgər bu mühərrik daha yavaş işləsəydi, qitələr indiki strukturlarına sahib olmazdılar... Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə də, Yerin maqnit sahəsi heç vaxt əmələ gəlməzdi... Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və dolayısilə daha sürətli istilik mühərrikinə sahib olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer ifrat dərəcədə sıxlaşar və Yer səthi də demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı.

Press və Siverin (Siever) bəhs etdiyi maqnit sahəsi həyatımız üçün böyük əhəmiyyət kəsb edir. Bu maqnit sahə, yuxarıda bildirildiyi kimi, Yerin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvənin tərkibində dəmir və nikel kimi maqnit xüsusiyyətə malik ağır elementlər var. Daxili nüvə bərk, xarici nüvə isə, maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində bir növ maqnitləşmə təsiri yaradaraq maqnit sahəsini əmələ gətirir. Atmosferdən xeyli kənaradək uzanan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrdən qorunar. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də, Yer kürəsindən on minlərlə kilometr uzaqlıqda maqnit halqalar meydana gətirən Van Allen radiasiya qurşaqları, Yer kürəsini bu öldürücü enerjidən qoruyur.

Bəhs olunan plazma buludlarının, bəzi hallarda Xirosimaya atılan kimi 100 milyard atom bombasına bərabər olduğu hesablanmışdır. Eynilə Yer kürəsi hərdənbir çox şiddətli kosmik şüaların da hədəfi ola bilər. Lakin Yerin maqnit sahəsi, bütün bu öldürücü şüaların yalnız 0,1%-nin keçməsinə imkan verir və qalan 0.001%-lik şüalar da atmosfer tərəfindən udulur. Bu maqnit sahəsini yaratmaq üçün, istifadə edilən elektrik enerjisi bir milyard amperlik cərəyan şiddətidir ki, bu da, insanların bütün tarix boyu istehsal etdiyi ümumi elektrik enerjisinə yaxındır.

Əgər Yer kürəsinin bu maqnit qalxanı olmasa, Yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də, heç vaxt mövcud olmayacaqdı. Lakin Press və Siverin (Siever) ifadə etdiyi kimi, Yer kürəsinin nüvəsi tam lazımi vəziyyətdə olduğu üçün, Yer bu şəkildə qorunur.

Geri