Partlayışdan sonra yaranan fövqəladə nizam

Yaşadığımız kainatın təqribən 15 milyard il əvvəl bir nöqtədə baş verən böyük partlayış nəticəsində əmələ gəldiyi və genişlənərək hazırkı formasını aldığı, bu gün bütün elm aləmi tərəfindən təsdiqlənən həqiqətdir. Kosmik fəza, qalaktikalar, planetlər, Günəş, Yer kürəsi, bir sözlə, kainatı təşkil edən bütün göy cisimləri “böyük partlayış” və ya digər adıyla “Big Bang” adlanan bu böyük partlayış nəticəsində yaranmışdır.
Burada çox böyük sirr var: “big bang” partlayış olduğuna görə, gözlənilən hadisə, bu partlayışdan sonra maddənin atom və subatom zərrəciklər halında kosmik fəzada “təsadüfi” yayılması idi. Lakin belə olmamış, tam əksinə, olduqca sistemli, nizamlı kainat əmələ gəlmişdir. Bu təsadüfi yayılan maddənin kainatın müəyyən hissələrində toplanıb qalaktikaları, ulduzları və ulduz sistemlərini əmələ gətirməsi elm adamlarının bənzətməsiylə desək; “buğda anbarına atılan əl qumbarasının, buğda dənələrini nizamlı şəkildə tayalar halında toplayıb üst-üstə yığması qədər, hətta bundan daha da “fövqəladə” vəziyyətdir.
Böyük partlayış nəzəriyyəsinə uzun illər qarşı çıxmış prof. Fred Hoyl (Fred Hoyle), bu vəziyyət qarşısında yaşadığı heyrət hissini belə ifadə edir:
“Böyük partlayış nəzəriyyəsi kainatın böyük partlayış nəticəsində əmələ gəldiyini qəbul edir. Lakin bildiyimiz kimi, partlayışlar maddəni parçalayır və nizamsız hala salır. Halbuki, böyük partlayış sirli şəkildə bunun tam əksi bir təsir yaratmışdır: maddəni bir-biri ilə birləşəcək və qalaktikaları əmələ gətirəcək vəziyyətə salmışdır”.

Əlbəttə ki, kainatın bütün maddəsini tərkibində saxlayan bu cür böyük partlayışdan sonra, belə həssas tarazlıqlar üzərində qurulmuş sistemin və nizamın əmələ gəlməsi, təkcə “möcüzə” sözü ilə tərif oluna bilər. Astrofizik Allan Sendic (Allan Sandage) də bu həqiqəti belə ifadə edir:

“Belə nizamın xaosdan törədiyini qeyri-mümkün hesab edirəm. Allahın varlığı... varlıq möcüzəsinin də yeganə açıqlamasıdır”.

Elm adamlarının da ifadə etdiyi kimi, bir partlayış nəticəsində atomların ən uyğun şəkillərdə birləşmələri, sonsuz nizamdakı kainatı, kainatındakı milyardlarla ulduza sahib milyardlarla qalaktikanı, trilyonlarla göy cisimləri arasındakı heç bir ləngimə olmayan tarazlığı əmələ gətirməsi böyük möcüzədir. Bu möcüzəni gerçəkləşdirən və bizə göstərən Allahdır.

Göylərin və yerin mülkü Ona məxsusdur; övlad götürməmişdir. Ona mülkündə ortaq yoxdur, hər şeyi yaratmış, ona müəyyən nizam vermiş, müəyyən ölçü ilə təqdir etmişdir. (Furqan surəsi, 2)

Geri