Günəş sisteminin qalaktikadakı yeri

Möhtəşəm tarazlıq və ölçüləri ilə yanaşı, Günəş sisteminin Südyolu qalaktikasındakı yeri də mükəmməl yaradılışın nəticəsidir. Orbit, qalaktikanın mərkəzindən çox uzaqda, spiral qolların kənarında yerləşir.
Məlum olduğu kimi, Südyolu qalaktikası spiralvarıdır. Spiralvarı qalaktikalardakı ulduzlar və göy cisimləri qabarıq yuvarlaq mərkəzi və bu mərkəzdən kənara doğru eyni xətt boyu və eyni bucaq altında qıvrılan qolları əmələ gətirəcək şəkildə yerləşiblər. Mərkəzdən başlayan spiral qolların arasında qalan kosmik boşluqda bəzi ulduz sistemləri yerləşir, lakin bunların sayı yox deyiləcək qədər azdır. Məhz bizim Günəş sistemimiz də bəhs etdiyimiz bu spiral qolların arasında yerləşən nadir ulduz sistemlərindən biridir.

 

Bəs Günəş sisteminin spiral qolların arasında olması nə üçün bu qədər vacibdir?

Əvvəla, yerləşdiyimiz mövqeyə görə spiral qollardakı qazlar və artıq maddələrdən uzaq, təmiz və aydın kosmos görünüşünə sahibik. Əgər spiral qollardan birinin içində olsaydıq, görünüşümüz əhəmiyyətli dərəcədə korlanacaqdı. Professor Maykl Denton (Michael Denton) “Natures Destiny” (“Təbiətin taleyi”) adlı kitabında bu mövzuda bunları yazıb:

Olduqca təəccüb doğuran digər bir həqiqət isə, kainatın yalnız bizim varlığımıza və bioloji ehtiyaclarımıza görünməmiş dərəcədə uyğun olması deyil, eyni zamanda bizim onu anlamağımıza da olduqca uyğun olmasıdır... Günəş sistemimizin bir qalaktik qolun kənarında yerləşməsi, bizim gecələri səmanı nəzərdən keçirərək uzaqdakı qalaktikaları görə bilməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat sahibi olmağımızı təmin edir. Əgər bir qalaktikanın mərkəzində yerləşsəydik, heç vaxt spiralvarı bir qalaktikanın quruluşunu müşahidə edə bilməz və ya kainatın quruluşu barəsində müəyyən fikir sahibi ola bilməzdik.

Spiral qolların arasında yerləşən ulduzlar normal halda yerlərində uzun müddət qala bilməz, spiral qolların içərisinə doğru cəzb olunarlar. Lakin Günəş sistemimiz son 4,5 milyard ildir ki, qalaktikanın spiral qolları arasındakı sabit orbitində mövqeyini davam etdirir.

Qalaktikadakı mövqeyimizin sabit olması, Günəşin “qalaktik ortaq fırlanma radiusu” (galactic co-rotation radius) adlanan xətt üzərində yerləşən nadir ulduzlardan biri olmasından qaynaqlanır.

Bir ulduz iki spiral qol arasında sabit qalmaq üçün, təkcə qalaktika mərkəzindən müəyyən məsafədə, yəni ortaq fırlanma radiusunda (co-rotation radius) olmalı və tam olaraq qalaktika qollarının mərkəz ətrafında fırlandığı sürətlə hərəkət etməlidir.(26) Məhz qalaktikadakı milyardlarla ulduz arasında, təkcə Günəşimiz, bu çox xüsusi və imtiyazlı mövqeyə və sürətə malik ulduzdur.

Bununla yanaşı, spiral qolların kənarında yerləşdiyimizə görə kainatın ən təhlükəsiz yerindəyik. Çünki ulduzların sıx yerləşdiyi və buna görə də, cazibə qüvvələrinin planetlərin orbitlərində ləngimələrə səbəb ola biləcəyi bölgələrdən kənardayıq.

Həmçinin, ifrat yeni ulduz partlayışlarının öldürücü təsirlərindən də çox uzaqdayıq. Əks təqdirdə, Yer kürəsinin, yerləşdiyimiz qalaktikanın başqa bölgələrində 4 milyard ildən artıq uzun həyatı (planetin insan həyatına əlverişli hala gətirilməsi üçün lazım olan müddət) mövcud ola bilməzdi.

Məhz, təkcə Günəş sistemimizin bu xüsusi və imtiyazlı mövqedə yaradılması nəticəsində, canlılar və təbii ki, insanlar Yer kürəsində varlığını davam etdirə bilir. İnsanlar təkcə bu sayədə içində olduqları kainatı tədqiq edə bilir və Allahın yaratmasındakı bənzərsiz, üstün və böyük sənəti, eləcə də, hikmətləri görə bilirlər.
Digər bir sözlə, kainatın fiziki qanunları kimi, Günəş sisteminin kosmosdakı yeri də, kainatın insan həyatı üçün yaradılmış olduğunu göstərən açıq-aydın dəlillərə sahibdir.


“Güclü iman üçün, iman həqiqətləri çox önəmlidir”

Adnan Oktar: Harun Yəhya əsərləri əvvəlcə iman həqiqətlərini hədəf alan, iman həqiqətlərinin önəminə diqqətçəkən əsərlərdir. Çünki insanlara nəsə təklif etmədən əvvəl, onların imanının gücləndirilməsi çox önəmlidir. Çox güclü imana sahib olmaları önəmlidir. Güclü iman üçün də iman həqiqətləri çox önəmlidir. Yəni Allahın yaratmasındakı möcüzələr. Allah; "düşünməzlər mi, anlamazlar mı" deyər Quranda tez-tez (şeytandan Allaha sığınıram). Bu mövzu mübarək, böyük alim, ustad Bədiüzzaman Səid Nursi həzrətləri tərəfindən çox önəmlə dilə gətirilmiş mövzudur. Çox-çox önəmli mövzudur. Yəni, məsələn, türk milləti imanlı millətdir. Bu imanlı olmağın gözəl təsirlərini hər yerdə görürük, lakin bu onların iman həqiqətlərinə üstünlük vermələri, Allahın sənətini hər yerdə görmələri və əziyyət əhli olmalarından qaynaqlanır. Bizim millətimiz əziyyət əhlidir (hörmətli Adnan Oktarın 15 iyul 2008-ci ildə canlı yayım aparan Ahi telekanalına (Kırşehir) verdiyi müsahibədən).

Geri