Canlıların özül elementlərinin öz-özünə əmələ gəlməsi qeyri-mümkündür

Canlıların özül elementləri zülallardır. Necə ki, zülallar, ən bəsit növü belə təsadüfən əmələ gələ bilməyəcək qədər mürəkkəb molekullardır. Məsələn, tərkibində 288 amin turşusu olan və 12 müxtəlif növdə amin turşusundan təşkil olunan orta ölçüdəki bir zülal molekulunun tərkibindəki amin turşuları 10300 müxtəlif formada düzülə bilər (bu ədəd 1-in sağ tərəfinə 300 sıfırın yazılmasıyla əldə olunan astronomik ədəddir). Lakin bu düzülüşlərdən təkcə biri həmin zülalı əmələ gətirər. Qalan bütün düzülüşlər heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli olan faydasız amin turşusu zəncirləridir.
Dolayısilə, yuxarıda misal çəkdiyimiz zülal molekullarından təkcə birinin təsadüfən əmələgəlmə ehtimalı 10300-də 1-dir. Bu ehtimalın praktikada baş tutması isə qeyri-mümkündür (riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar “sıfır ehtimal” hesab olunur).

Habelə, 288 amin turşusundan ibarət bir zülal, canlıların quruluşundakı minlərlə amin turşusundan ibarət böyük zülallarla müqayisə edildikdə olduqca kiçik struktur hesab edilə bilər. Eyni ehtimal hesablarını bu böyük molekullara tətbiq etdiyimiz vaxtsa, "qeyri-mümkün" sözünün belə qeyri-kafi qaldığını görərik.

Canlıların inkişafında bir pillə də irəlilədikdə təkbaşına bir zülalın da heç bir faydasının olmadığını görərik. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri olan “Mycoplasma Hominis H 39”un belə 600 növ zülaldan təşkil olunduğu görülmüşdür. Bu təqdirdə, bir zülal üçün apardığımız yuxarıdakı ehtimal hesablamalarını 600 növ zülal üçün də aparmalıyıq. Nəticədə qarşımıza çıxacaq ədədlər isə qeyri-mümkün məhfumundan çox kənardadır. Halbuki, nə qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks (William Stokes) “Essentials of earth history” (“Yerin tarixinin əsasları”) adlı kitabında bu həqiqəti qəbul edərək: “əgər milyard illər boyu milyardlarla planetin səthi tərkibində lazımi amin turşuları olan sulu konsentrat təbəqə ilə dolu olsaydı belə, yenə (zülal) əmələ gələ bilməzdi” deyə etiraf edir.(54) Canlı orqanizmlərdə olması zəruri olan zülallardan biri olan sitoxrom-C-nin təsadüfən əmələ gələ bilməsi ehtimalı barəsində isə bunları söyləyir:

“Bir sitoxrom-C-nin düzülüşünü əmələ gətirmək üçün ehtimal sıfır deyiləcək qədər azdır… Yaxud əmələ gəlməsində bizim tərif edə bilməyəcəyimiz fövqəltəbii qüvvələr rol oynayıb. Bu sonuncunu qəbul etmək elmi məqsədə uyğun deyil. Elə isə birinci fərziyyəni mütaliə etməliyik”.

Göründüyü kimi, təkamülçü “elm adamları” elmin göstərdiyi yaradılış həqiqətini qəbul etməkdənsə, materialist ön mühakimə və əhkamlarından ötrü “sıfır deyiləcək qədər az” ehtimalı qəbul etməyi “elmi” davranış hesab edirlər. Halbuki, elmin və məntiqin qanunlarına əsasən, bir mövzu barədə sadəcə 2 alternativ açıqlama varsa və bu açıqlamalardan birinin doğruluğu sıfır ehtimaldırsa, bu təqdirdə, digər açıqlama 100% doğrudur. Bu məntiq qanununa əsasən, yuxarıdakı nümunədə verilən sitoxrom-c zülalının təsadüfən əmələ gəlməsi “sıfır ehtimaldırsa”, şübhəsiz ki, o, yaradılmışdır. Bu, elmin, məntiqin və ağlın gəldiyi qəti nəticədir.

Lakin bir Yaradanın varlığını fəlsəfi cəhətdən qəbul etməyi əvvəlcədən qadağan edən materialist düşüncə tərzi, bu düşüncədə olan elm adamlarını fəlsəfələriylə ziddiyyət təşkil edən elmi həqiqətləri kor-koranə təkzib etməyə məcbur edir. Bu da materialist düşüncə tərzinə sahib elm adamlarının işlərinə yaramayan mövzularda asanlıqla elmi həqiqətlərdən üz döndərib öz fəlsəfələrini zorla qəbul etdirməyə çalışacaqlarının aydın göstəricisidir. Buna görə də, materialistlərin “elm adamı” olsalar da, elmi cəhətdən nə qədər etibarlı və dürüst olduqları mübahisə doğurur.

Geri