Nəticə

Buraya qədər canlı və cansız varlıqlar aləmində ələ aldığımız möcüzəvi nümunələri, kitabın başında da ifadə etdiyimiz kimi, sonsuz möcüzələr zəncirinin yalnız bir neçə halqasından ibarətdir. Allahın hansı yaratmasına baxsaq belə, mütləq çox böyük möcüzə ilə qarşılaşarıq. Lakin mühüm məsələ, insanda bu möcüzələri görəcək və anlayacaq həssas qavrayışın olmasıdır. Çünki bir möcüzə nə qədər açıq və böyük olsa da, bu möcüzədən Allahın varlığına və sonsuz böyüklüyünə çata bilmək, təkcə iman gətirənlərə məxsus üstünlükdür.
İnkar edənlər ən açıq möcüzə ilə belə qarşılaşsalar, sahib olduqları ön mühakimə, təkəbbür, dünya ehtirası kimi, mənfi xüsusiyyətlərdən ötrü bunun möcüzə olduğunu qəbul etməzlər, görməzlikdən gələrlər. Yaxud ağılsız və gülünc izahlar gətirərək bu möcüzəni ört-basdır etməyə, adi və əhəmiyyətsiz göstərməyə çalışarlar. Halbuki təkcə bu kitabda bəhs edilən möcüzə nümunələrindən təkcə biri belə normal zəkaya sahib vicdanlı insanın iman gətirməsi üçün kifayətdir. Lakin, inkar edənlər ağıl və şüurdan məhrum olduqları üçün Allahıın insanları hər tərəfdən əhatə edən möcüzələrini qavraya bilməzlər. İnkar edənlərin möcüzələr qarşısındakı münasibəti ayələrdə belə bildirilir:

Onlar bir ayə (möcüzə) görsələr, üz döndərib: "(Bu,) davam edən bir sehrdir" deyərlər.
Yalanladılar və öz nəfslərinə (istək və ehtiraslarına) tabe oldular; halbuki hər bir iş “sonunda öz məqsədinə qovuşacaq”. (Qamər surəsi, 2-3)

Ayələrdən də aydın olduğu kimi, inkar edənlərin möcüzələrə qarşı olan laqeydlikləri və üz döndərmələrinin altında, nəfslərinin sonsuz istək və arzularının ardınca getmək yatır. Dolayısilə möcüzələri qəbul etmək, onlar üçün, Allahı və axirət gününü qəbul etmələri mənasına gələcək. Eyni zamanda da Allaha hesab verəcəklərini, Allahı tanımağın və Ona itaət etməmələrinin qarşılığını alacaqlarını qəbul etmələri mənasına gələcək.

Əlbəttə ki, bu vəziyyət inkar edənlərə heç fayda verməz. Buna görə də, yalanlayarlar. Lakin həqiqətləri qəbul etsələr də, etməsələr də, nəticə dəyişməyəcək, ayədə bildirildiyi kimi; “hər bir iş “sonunda öz məqsədinə qovuşacaq””, (Qamər surəsi, 3). İnkar edənlərin açıq-aydın möcüzələri inkar etməsi, həqiqətləri və axirətdə alacaqları qarşılığı dəyişdirməyəcək.

İnkar edənlərin, Allahın yaratmasındakı heç bir şübhə doğurmayan möcüzələri görməmələri, əslində Allahın hər dövrdə inkar edənlər üzərində işləyən qanunudur. Bu həqiqət ayələrdə belə bildirilir:

Bütün andiçmələri ilə, əgər özlərinə bir ayə (möcüzə) gəlsə, mütləq ona inanacaqlarına dair Allaha and içdilər. De: "Ayələr (möcüzələr), təkcə Allahın dərgahındadır, onlara (möcüzələr) gəlsə də, şübhəsiz, iman gətirməyəcəklərini anlamırsınız?
Biz onların qəlblərini və gözlərini ilk dəfə iman gətirmədikləri kimi tərsinə döndərər və onları öz azğınlıqları içində şaşqınca dolaşan vəziyyətdə tərk edərik. Həqiqət budur ki, Biz onlara mələkləri göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, (Allah istəmədiyi təqdirdə) onlar yenə iman gətirməzdilər. Lakin onların çoxu cahillik edir. (Ənam surəsi, 109-111)

Geri