Karbon elementinin möcüzəvi formalaşması

Həyatın əsası olan karbon elementi, təkcə nəhəng ulduzların mərkəzində çox xüsusi və möcüzəvi reaksiyalar nəticəsində əmələ gətirilir. Bu möcüzəvi reaksiyalar baş verməsəydi, bu gün kainatda karbon adlı element, digər bir sözlə, həyat adlı məfhum olmazdı. “Möcüzəvi” deyirik, çünki bu reaksiyalar, əslində, ehtimaldan kənar olan şərtlərin eyni anda yaranması ilə baş verir. İndi bu hadisəni təhlil edək...
Karbon atomu nəhəng ulduzların nüvəsində iki mərhələli proses nəticəsində əmələ gəlir. Əvvəlcə, iki helium atomu birləşər və beləliklə də, ortaya dörd proton və dörd neytrona sahib “ara element” çıxır. Bu ara element berillium adlanar. Üçüncü helium da berilliuma birləşdikdə altı protonlu və altı neytronlu karbon atomu əmələ gələr.

Birinci mərhələdə əmələ gələn berillium Yer kürəsindəki berilliumun normal quruluşundan fərqlidir. Elementlərin dövri cədvəlində yerləşən normal berilliumun bir dənə artıq neytronu var. Qırmızı nəhənglərdə meydana gələn berillium isə, müxtəlif versiyadır. Buna kimya dilində "izotop" deyilir. Mövzunu araşdıran fizikləri uzun illər boyu təəccübləndirən məsələ isə, qırmızı nəhənglərdə meydana gələn bu berillium izotopunun anormal dərəcədə qeyri-sabit olmasıdır. O qədər qeyri-sabitdir ki, meydana gəldikdən tam 0,000000000000001 (10-15)saniyə kimi çox qısa müddət sonra parçalanır!

Bəs necə olur ki, əmələ gəldiyi anda yox olan berillium izotopu karbona çevrilir? Berillium izotopunu karbona çevirəcək helium atomu təsadüfən gəlib onunla birləşir? Əlbəttə, belə şey qeyri-mümkündür. Bu, təsadüfən üst-üstə yığıldıqlarında 0,000000000000001 saniyə müddətində bir-birini tullayan iki kərpicin üzərinə, bunlar dağılmadan üçüncü bir kərpicin daha əlavə olunması üçüncü kərpicin də əlavə olunması və bu şəkildə ortaya tikili çıxması kimi, hətta bundan olduqca mümkünsüz prosesdir.

Pol Devis (Paul Davies) bu möcüzəvi prosesi belə izah edir:
“Yer üzündəki canlılar üçün olduqca mühüm əhəmiyyəti olan karbon elementi, kainatda külli miqdarda yalnız “təsadüf” sayəsində mövcud olur. Karbon nüvəsi, böyük ulduzların mərkəzində üç helium nüvəsinin ard-arda olduqca həssas proses nəticəsində bir-biri ilə qarşılaşmaları nəticəsində əmələ gəlir. Üç nüvənin qarşılaşması nadir hal olduğuna görə, bu reaksiya məhsuldar sürətdə, təkcə rezonans adlanan çox yaxşı müəyyən edilmiş enerji səviyyəsində baş verə bilər. Bu səviyyələrdə reaksiya kvant təsiri ilə böyük ölçüdə sürətlənər. “Yaxşı təsadüf əsəri” olan bu rezonanslardan biri helium nüvəsinin böyük ulduzlarda sahib olduğu ilə eyni cür enerjiyə demək olar ki, tam uyğun gələcək şəkildə tənzimlənmişdir”.

Məhz, təsadüflər nəticəsində əmələ gəlməsi qeyri-mümkün məhfumundan belə kənara çıxan belə bir hadisəni, Pol Devis (Paul Davies) materializmə kor-koranə inandığına görə “yaxşı təsadüf”, “təsadüf” kimi mənasız, məntiqsiz ifadələrlə tərif edir. Hadisənin açıq-aydın möcüzə olduğunu özü də gördüyü və bunu heyrətamiz hadisə formasında izah etdiyi halda, Devis (Davies) sırf yaradılışı inkar etmək üçün “yaxşı təsadüflər”, “təsadüflər” kimi elmdən və ağıldan kənar açıqlamalar vermişdir.

Qırmızı nəhənglərdə kimyəvi ifadə ilə ikiqat rezonans adlanan möcüzə baş verir. İki heliumun rezonans yaradaraq birləşdiyi anda əmələ gələn berillium, 0,000000000000001 saniyədə üçüncü heliumla ayrı rezonans yaradaraq birləşir və karbonu əmələ gətirir. Bu, normal halda baş verməsi, qeyri-mümkün olan hadisədir.

Corc Qrinsteyn (George Greenstein), bu "ikiqat rezonans"ın niyə çox fövqəladə mexanizm olduğunu belə izah edir:
“Bu hekayədə bir-birindən çox fərqli üç struktur (helium, berillium və karbon) ilə bir-birindən çox fərqli iki rezonans var. Bu atom nüvələrinin niyə bu qədər uyğunlaşma içində çalışdıqlarını anlamaq çox çətindir... Başqa nüvə reaksiyaları buradakı kimi .... müəyyən təsadüflər zənciriylə baş verməzlər... Bu, bir velosiped, bir avtomobil və bir yük maşını arasında çox dərin və mürəkkəb rezonanslar tapmaq kimi bir şeydir. Bir-birindən bu qədər fərqli strukturlar niyə bir-birləriylə uyğunlaşma təmin etsin ki? Bizim və kainatdakı bütün canlıların varlığı, bu fövqəladə əməliyyat sayəsində mümkün olmuşdur”.

Göründüyü kimi, bu fövqəladə yaradılış möcüzəsi qarşısında digər bir materialist elm adamı olan Qrinsteyn (Greenstein) də fövqəladə təsadüflər zənciri kimi elmdən olduqca uzaq açıqlama verir. Nəhəng ulduzların nüvəsində karbon atomunun əmələ gəlməsini; “bir velosiped, bir avtomobil və bir yük maşını arasında çox dərin və mürəkkəb rezonanslar” olması kimi, öz-özünə, təsadüfən baş verməsi mümkünsüz hadisəyə bənzədən Qrinsteyn (Greenstein), sahib olduğu materialist inancdan ötrü, bunun açıq-aydın yaradılış möcüzəsi olduğunu ifadə edə bilmir.

Sonrakı illərdə oksigen kimi digər bəzi elementlərin də bu cür fövqəladə rezonanslar nəticəsində əmələ gəldiyi aşkar edilmişdir. Bu “fövqəladə prosesləri” ilk dəfə kəşf edən Fred Hoyl (Fred Hoyle) isə “Qalaktikalar, nüvələr və kvazarlar” (“Galaxies, nuclei and quasars”) adlı kitabında bunun təsadüf ola bilməyəcək qədər planlı əməliyyat olduğu nəticəsinə gəlmiş və qatı materialist olmasına baxmayaraq, kəşf etdiyi ikiqat rezonansın "nizamlanmış iş" olduğunu qəbul etmiştir.

Digər bir məqaləsində isə, belə yazmışdır:
“Əgər ulduz nukleosintezi (atom nüvələrinin birləşməsi) yolu ilə karbon və ya oksigen meydana gətirmək istəsəniz, iki ayrı səviyyəni tənzimləməli olarsınız. Eləcə də, aparmalı olduğunuz tənzimləmə, tam da hazırda ulduzlarda olan tənzimləmədir... Həqiqətlərin ağıl süzgəcindən keçirilərək şərh olunması, üstün bir ağıl Sahibinin, fizika, kimya və biologiyaya müdaxilə etdiyini və təbiətdə varlıqlarından danışmağa dəyən şüursuz güclər olmadığını göstərir. Həqiqətlərin hesablanmasıyla ortaya çıxan ədədlər o qədər ağlasığmazdır ki, məni bu nəticəni mübahisəsiz şəkildə qəbul etməyə vadar edir”.

Bu möcüzəvi proses Hoyla (Hoyle) o qədər təsir etmişdir ki, digər elm adamlarının da bu açıq həqiqəti görməzlikdən gəlməyəcəklərini belə vurğulamışdır:

“Dəlilləri təhlil edən hər hansı elm adamı bu nəticəyə gəlməyə bilməz: ulduzların içində yaratdıqları nəticələr nəzərə alındıqda, nüvə fizikasının qanunları məqsədli yaradılmışdır”.

Geri