Hüceyrələrin müxtəlifləşməsindəki sirr

Bölünərək çoxalmanın getməsi üçün, ilk hüceyrə öz surətini çıxarmalı, bu surətlər də növbələri çatdıqda bölünüb bənzər surətlər çıxartmalı, beləliklə də, tədricən eyni hüceyrədən milyonlarla surət əmələ gəlməlidir. Lakin bütün bu proses göründüyündən daha mürəkkəb və əsrarəngizdir. Çünki bölünmə prosesinin bir mərhələsində surəti çıxarılan hüceyrələrdən bəziləri haradan gəldiyi bilinməyən əmrlə digər qardaşlarından müxtəlifləşməyə və tamamilə fərqli quruluş almağa başlayarlar. Bu şəkildə, ortaq ana hüceyrədən gələn hüceyrələr bölünmə prosesi nəticəsində tədricən dəyişib ayrı-ayrı toxumaları və orqan sistemlərini əmələ gətirirlər. Bəziləri işığa həssas göz hüceyrələrini, bəziləri qaraciyər hüceyrələrini, bəziləri istini, soyuğu, ağrını hiss edən sinir hüceyrələrini və ya səs titrəyişlərini hiss edən hüceyrələri əmələ gətirərlər.
Bəs belə bir iş bölgüsü necə yaranır? Bir hüceyrə öz-özünə göz hüceyrəsi olmağa qərar verə bilməyəcəyinə görə bu qərarı kim verir?

Bu hüceyrələrin DNT-si, yəni genetik məlumat eynidir. Aradakı fərq isə əmələ gətirdikləri zülallardır. Müxtəlif zülalları əmələ gətirən iki hüceyrə quruluş cəhətdən də müxtəlifləşər. Bu qardaş hüceyrələr eyni hüceyrədən əmələ gəldiyi, eyni genetik informasiyaya malik olduğu halda, necə ola bilər ki, birdən-birə fərqli zülal əmələ gətirib fərqli quruluş və xüsusiyyətlər qazanırlar? Bu hüceyrələrə tamamilə bir-birinin surəti olduqları halda, bir-birlərindən fərqli zülallar əmələ gətirmək əmrini kim verir?

Təkamülün israrlı müdafiəçilərindən olan alman elm adamı Hoymar fon Ditfurt (Hoimar von Ditfurth) ana bətnindəki möcüzəvi inkişafdan belə bəhs edir:

“Bir yumurta hüceyrəsinin bölünməsinin, necə olub da, bir-birindən o qədər müxtəlifləşmiş çoxsaylı hüceyrənin əmələ gəlməsinə səbəb olduğu, bu hüceyrələr arasında öz-özünə olan xəbərləşmə və əməkdaşlıq elm adamlarının anlaya bilmədiyi hadisələrin başında gəlir”.

Təkamülün digər qabaqcıl müdafiəçiləri də bir hüceyrənin müxtəlifləşərək, fərqli orqan və toxumaları əmələ gətirib 100 trilyon hüceyrədən ibarət insana çevrilməsini açıqlaya bilmir, bu möcüzəni öz aləmlərində “təkamülün qaranlıq nöqtəsi” kimi xarakterizə edirlər. Hüceyrəni və bir hüceyrədən insanı yaradan Allahdır. Bir ayədə Rəbbimiz belə buyurur.

O Allah ki, yaradandır, (ən gözəl biçimdə) mükəmməl şəkildə var edəndir, “forma və surət” verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir! (Həşr surəsi, 24)

Geri