Günəş sistemindəki həssas tarazlıqlar

Kainatdakı həssas tarazlıq və nizamı ən aydın müşahidə etdiyimiz sahələrdən biri də planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemindəki böyük-kiçik bütün planetlərin bənzərsiz nizamı, sistemin 4 milyard ildən artıq sabit quruluşda olmasını təmin etmişdir.
Günəş sistemində 9 ayrı planet və bu planetlərə aid 54 peyk var. Bu planetlər Günəşlə aralarındakı məsafəyə görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun şəklində sıralanır. Bu planetlərin və 54 peykin arasında həyata uyğun səthi və atmosferi olan yeganə göy cismi Yer kürəsidir.

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir, Günəşin güclü cazibə qüvvəsi ilə planetlərin mərkəzdənqaçma qüvvəsi arasındakı tarazlıqdır. Günəş güclü cazibə qüvvəsinə görə bütün planetləri cəzb edir, planetlər isə fırlanmaları nəticəsində əmələ gələn mərkəzdənqaçma qüvvələri ilə bu cazibədən xilas olurlar. Əgər planetlərin fırlanma sürəti bir qədər daha yavaş olsaydı, o zaman planetlər sürətlə Günəşə cəzb olunar və sonunda Günəş tərəfindən böyük partlayışla udulardılar.

Bunun əksi də mümkündür. Əgər planetlər daha sürətlə fırlansaydılar, Günəşin cazibə qüvvəsi onları saxlaya bilməyəcək və planetlər kosmik fəzaya sovrulacaqdılar. Lakin çox həssas olan bu tarazlıq qurulmuşdur və sistem bu tarazlığı qoruduğu üçün davam edir.

Həmçinin bu tarazlığın hər planet üçün ayrı-ayrılıqda qurulmuş olduğuna da diqqət yetirilməlidir. Çünki planetlərin Günəşlə aralarındakı məsafələri çox fərqlidir. Habelə, kütlələri çox fərqlidir. Buna görə də, hər biri üçün fərqli fırlanma sürəti müəyyən edilməlidir ki, Günəşə yapışmasınlar və ya Günəşdən uzaqlaşıb fəzaya sovrulmasınlar. Əlbəttə ki, bütün bu tarazlıqlar Günəş sistemindəki planetlərdən biri olan Yer kürəsinə də aiddir.

Bununla yanaşı, son astronomik kəşflər sistemdəki digər planetlərin olmasının Yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, əslində, mövcudluğu ilə Yer kürəsinin tarazlığını təmin edir. Astrofizik hesablamalar göstərmişdir ki, Yupiterin orbiti Günəş sistemindəki Yer kimi digər planetlərin orbitinin sabit olmasını təmin edir.
Digər bir çox ulduz sistemində də Yupiterə bənzər planetlər var. Lakin bu planetlər həmin sistemi sabitləşdirmir və ya digər planetləri qorumurlar. Vaşinqton Universitetindən dr. Piter D. Uord belə (Peter D. Ward) deyir: “Bu gün müşahidə edilə bilən bütün yupiterlər pisdir. Yeganə yaxşı Yupiter bizimkidir. Həmçinin belə də olmalıdır, əks-təqdirdə, ya qaranlıq fəzaya, ya da Günəşinizə doğru sovrulardınız”.

Yupiter baxımından digər önəmli xüsus da budur: Yupiter olmasaydı, çoxlu sayda komet toqquşmaları nəticəsində yer üzündə həyat ola bilməzdi. Lakin Yupiter nəhəng kütləsinin əmələ gətirdiyi maqnit sahəsi nəticəsində Günəş sisteminə daxil olan meteorit və kometlərin hərəkət istiqamətini dəyişdirərək Yer kürəsinə yönəlmələrinin toquşmasının qarşısını alır. Beləliklə də, Yer üçün qalxan funksiyası yerinə yetirən nəhəng maqnit qoruyucu çətir meydana gətirər.

Yupiterin Yeri qoruyan bu ikinci funksiyasını planetoloq Corc Ueteril (George Wetherill) “Yupiter necə də xüsusidir” adlı məqalədə belə açıqlayır:

“Əgər Yupiterin olduğu yerdə bu böyüklükdə bir planet olmasaydı, yer kürəsi, planetlərarası boşluqda hərəkət edən meteoritlərə və kometalara təxminən min dəfə artıq hədəf olardı... Əgər Yupiter olduğu yerdə olmasaydı, hal-hazırda biz də Günəş sisteminin mənşəyini araşdırmaq üçün mövcud ola bilməzdik”.

Yer-Ay ikili planet sisteminin də Günəş sistemindəki tarazlığın qorunmasında çox mühüm amil olduğu müəyyənləşdirilmişdir. Yer-Ay sistemi olmasaydı, Yupiterin böyük kütləsi Merkuri və Venera kimi daxili planetlərdə çox böyük qeyri-sabitliyə səbəb olardı. Bu da, müəyyən müddət sonra Merkuri və Venera planetlərinin orbitlərinin bir-birinə çox yaxınlaşmasına səbəb olacaqdı. Bu isə Merkurinin sistemdən kənara atılmasına, Veneranın da orbitinin dəyişməsinə səbəb olardı. Günəş sisteminin kompyuter simulyasiyasını hazırlayan elm adamları sistemdə milyard illərdir davam edən tarazlıq və sabitliyin, təkcə bu planetlərin ideal kütləsi və mövqeyi sayəsində mümkün olduğunu, bu tarazlıqdakı ən kiçik dəyişikliyin Günəş sisteminin və bəşəriyyətin məhv olmasına səbəb olacağını müəyyən ediblər.

1998-ci ilin noyabr ayında dünya səviyyəsində məşhur astronomiya jurnalı “The Astronomical Journal”da dərc olunan son astronomik kəşflərdən birində Günəş sistemindəki fövqəladə nizam belə vurğulanır: “Əsas kəşflərimiz Günəş sistemindəki uzunmüddətli sabitlik və tarazlığın təmin olunması üçün bir növ “əsas dizayna” ehtiyac olduğunu göstərir”.

Bir sözlə, Günəş sisteminin quruluşu da insan həyatı üçün, görünməmiş dərəcədə xüsusi tənzimlənmişdir. Allahın bu üstün yaratması Quranda bir çox ayə ilə xəbər verilmiş və insanlara bu möcüzəvi yaradılış üzərində düşünmələri əmr edilmişdir: 

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi (xidmətinizə verdi). Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Şübhəsiz ki, bunda ağlını işlədə bilən insanlar üçün ayələr var! (Nəhl surəsi, 12)

Geri