Havanın sıxlığı

Atmosferin çox yaxşı tarazlanmış digər xüsusiyyəti də, nəfəs almağımıza imkan verən ideal sıxlığıdır.
Havanın təzyiqi 760 mm. civə sütunudur. Sıxlığı dəniz səviyyəsində bir litrə bir qramdır. Havanın dəniz səthindəki axıcılıq qabiliyyəti isə sudan 50 dəfə çoxdur. Adi rəqəmlər kimi görünən bu ölçülər, əslində, insanın həyatı üçün böyük əhəmiyyət daşıyır. Çünki “hava ilə nəfəs alan canlıların yaşaya bilməsi üçün atmosferin əsas özünəməxsus xasssələri (sıxlığı, axıcılıq qabiliyyəti, təzyiqi və s.) hazırkı ölçülərinə çox yaxın olmalıdır.(36)
Nəfəs alarkən ciyərlərimiz hava müqaviməti adlanan qüvvəyə qarşı enerji sərf edir. Hava müqaviməti havanın hərəkətə qarşı göstərdiyi sabitlik meylidir. Lakin bu müqavimət atmosferin xüsusiyyətləri sayəsində çox zəifdir və ciyərlərimiz asanlıqla havanı alıb verə bilirlər.  Bu müqavimətin bir qədər artması isə, ciyərlərimizin çətinlik çəkməyə başlamasına səbəb olacaq. Buradakı məntiqi bir misalla izah etmək olar: Bir şprisin iynəsindən su çəkmək asandır, lakin eyni iynə ilə bal çəkmək olduqca çətindir. Çünki bal, sudan daha az axıcılığa və daha böyük sıxlığa malikdir.

Məhz atmosferin sıxlıq, axıcılıq, təzyiq kimi qiymətləri bir qədər dəyişsə, nəfəs almaq bizim üçün bir şprislə bal çəkmək kimi çətinləşəcək. Bu vəziyyət qarşısında; "o zaman şprisin iynəsi qalınlaşa bilər" deyə düşünmək, yəni ağciyər kanallarının genişləndirilməsindən danışmaq isə, yanlışdır. Çünki bu zaman ağciyərlərin hava ilə təmas edən sahəsi çox kiçilər və ağciyərlər bədən üçün lazımi oksigeni ala biləcək quruluşa sahib olmaz. Yəni havanın sıxlıq, axıcılıq, təzyiq kimi qiymətlərinin mütləq müəyyən intervalda olması şərtdir və bu gün tənəffüs etdiyimiz havanın sahib olduğu qiymətlər, tam da bu kiçik interval daxilindədir.
Maykl Denton (Michael Denton), bu mövzu barədə bunları söyləyir:

“Əgər havanın sıxlığı və ya durğunluğu bir qədər artıq olsaydı, hava müqaviməti çox yüksələcək və tənəffüs edən bir canlı üçün, ehtiyac duyduğu oksigen miqdarını təmin edəcək bir tənəffüs sistemi dizayn etmək qeyri-mümkün olacaqdı... Mümkün atmosfer təzyiqləri ilə mümkün oksigen miqdarlarını müqayisə edərək, "həyat üçün əlverişli" ədədi qiymət axtardığımız vaxt, çox məhdud intervalla qarşılaşarıq. Həyat üçün lazım olan bir çox şərtin bu kiçik intervalda yerinə yetməsi (eləcə də, atmosferin də bu intervalda olması), əlbəttə ki, çox fövqəladə uyğunlaşmadır”.

Atmosferin ədədi qiymətləri, yalnız bizim tənəffüsümüz üçün deyil, göy planetin "göy" kimi qalması üçün də əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən beşdə bir qədər belə azalsa, dənizlərdəki buxarlanma səviyyəsi çox yüksələcək və atmosferdə çox yüksək səviyyəyə çatacaq su buxarı bütün Yer kürəsi üzərində "parnik effekti" yaradaraq planetin temperaturunu ifrat dərəcədə yüksəldəcək. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən bir qat daha artıq olsa, bu dəfə də, atmosferdəki su buxarı miqdarı böyük ölçüdə azalacaq və quru səthinin demək olar ki, hamısı səhralaşacaq.

Lakin bu ehtimalların heç bir baş verməz, çünki Allah Yeri, Günəş sistemini və onun yerləşdiyi kainatı mükəmməl yaradıb. Yer kürəsindəki bütün tarazlıqları həyatımızı davam etdirə biləcəyimiz kimi, bir-biri ilə uyğunluq içində yaratmışdır. Allahın bu mükəmməl yaratması Quranda belə xəbər verilir və insanların da ağılla bu nümunələr üzərində düşünüb, Allahın yaratmasını təqdir etmələri bildirilir:

Göyləri dayaq olmadan yüksəldən Allahdır; onları görürsünüz. Sonra ərşə ucaldı və Günəş ilə Aya boyun əydirdi, hər biri müəyyən olunmuş vaxtadək hərəkət edirlər. Bütün işləri yoluna qoyar, ayələri tək-tək izah edər. Ümid edilir ki, Rəbbinizə qovuşacağınıza qəti iman gətirərsiniz. Həmçinin O, yeri yayıb sərən, orada sarsılmaz dağlar, çaylar yaradandır. Orada bütün məhsullardan cüt yaratmışdır; gecəni gündüzə bürüyür. Şübhəsiz ki, bunlarda düşünən insanlar üçün həqiqətən ayələr (dəlillər) var. Yer üzündə bir-birinə yaxın qonşu qitələr var; üzüm bağları, əkinlər, şaxəli və şaxəsiz xurma ağacları vardır ki, bunlar eyni su ilə suvarılır; lakin məhsullarında (belə ki, məhsuldarlıqda və ləzzətdə) birini digərindən üstün edirik. Şübhəsiz ki, bunlarda ağlını işlədən insanlar üçün həqiqətən ayələr (dəlillər) var. (Rad surəsi, 2-4)

Geri