Günəş şüası ilə göz arasındakı fövqəladə uyğunluq

Bioloji görmə üçün uyğun olan yeganə şüalar, “görünən şüalar” adlandırdığımız dalğa uzunluqlarıdır. Günəşin yaydığı şüanın böyük hissəsi bu dalğa uzunluğuna uyğun gəlir.
Diqqət yetirilsə, burada sistemin ən təməl şərti, torlu qişadakı hüceyrənin fotonu qəbul edə bilməsidir. Məhz bunun baş tutması üçün, bu foton görünən şüalar intervalında qalmalıdır. Çünki daha fərqli dalğa uzunluğundakı fotonlar, hüceyrələr üçün ya çox zəif, ya da çox güclü olacaqlar və lazımi reaksiyanı başlada bilməyəcəklər. Gözün ölçülərinin kiçildilməsi və ya böyüdülməsi heç nəyi dəyişdirməz. Əhəmiyyətli olan, hüceyrənin uzunluğu ilə, fotonun dalğa uzunluğu arasındakı uyğunluqdur.

Məlum olduğu kimi, canlı hüceyrələrinin özül elementləri üzvi molekullardır. Üzvi molekullar isə karbon atomunun müxtəlif növdəki birləşmələrindən təşkil olunurlar. Bu üzvi molekulların əmələ gətirdiyi görmə hüceyrələri isə görünən şüalardan fərqli dalğa uzunluğundakı şüaları qəbul edə biləcək potensiala malik olmaları qeyri-mümkündür. Bir sözlə, digər şüaları qəbul edən göz quruluşunun yer üzündə bioloji cəhətdən funksional olması qeyri-mümkündür. Nəticə etibarilə, canlı gözlərinin görə bildiyi yeganə şüalar intervalı var, bu da Günəşin yaydığı görünən şüalar intervalıdır. Təsadüfən rastlaşmaları ehtimaldan kənar olan bu iki faktorun cəmlənməsi isə həm gözü, həm də gözün gördüyü ideal şüa intervalını yayan Günəşi var edən Allahın xüsusi yaratmasıyla mümkün olmuşdur.

Maykl Denton (Michael Denton), “Natures destiny” (“Təbiətin taleyi”) adlı kitabında bu mövzunu ətraflı şəkildə araşdırır və təbii bir gözün ancaq "görünən şüalar" intervalında görə biləcəyini bildirir. Nəzəri olaraq dizayn edilə biləcək başqa heç bir göz modelinin, müxtəlif dalğa uzunluqlarını görməsi qeyri-mümkündür. Professor Denton bu mövzu barədə bunları yazır:

Ultrabənövşəyi, rentgen və qamma şüaları çox enerji daşıyırlar və yüksək dərəcədə korlayıcıdırlar. Uzaq infraqırmızı və mikrodalğalı şüalar da həyat üçün zərərlidirlər. Yaxın infraqırmızı və radio dalğalar isə, çox zəif enerjiyə sahib olduqları üçün, müəyyənləşdirilə bilməzlər... Nəticədə bu ortaya çıxır ki, bir çox səbəbdən ötrü, elektromaqnit şüalar intervalının görünən şüalar intervalı, bioloji görmə qabiliyyəti üçün uyğun olan yeganə intervaldır. Xüsusilə də, insan gözünə bənzər yüksək həllolma əmsallı kamera tipli onurğalı gözləri üçün, bu şüa intervalından başqa uyğun dalğa uzunluğu yoxdur.

Bütün bunları birlikdə düşündüyümüzdə isə, bu nəticəyə gələrik: Günəş elə həssaslıqla müəyyənləşdirilmiş interval aralığında şüalar yayır ki, bütün şüa növlərinin yalnız 1025-də 1-ni meydana gətirən bu interval, həm Yerin isinməsi, həm mürəkkəb canlıların bioloji funksiyalarının dəstəklənməsi, həm bitkilərin fotosintez etməsi, həm də Yer üzündəki canlıların görmə qabiliyyətinə sahib olması üçün, ən ideal intervaldır. Əlbəttə ki, bütün bu həssas tarazlıqlar təsadüf adlanan kortəbii proseslərin nizamladığı sistemlər deyil. Bütün bunları yaradan, göylərin, yerin və bu ikisi arasındakı hər şeyin Rəbbi və Hakimi olan Allahdır. Allahın yaratdığı hər təfsilat möcüzələr zənciri kimi həyatın hər sahəsində qarşımıza çıxır və bizə, bizi yaradan Rəbbimiz olan Allahın sonsuz qüdrətini göstərir.

Geri