Göy cisimləri arasındakı məsafələr

Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir hissəsidir. Bu sistem kainatdakı digər ulduzlarla müqayisədə orta ölçülü ulduz olan Günəşin ətrafında fırlanan 9 planetdən və onların 54 peykindən ibarətdir. Yer, sistemdə Günəşə ən yaxın üçüncü planetdir.
Əvvəlcə, bu sistemin böyüklüyünü qavramağa çalışaq. Günəşin diametri Yerin diametrindən 103 dəfə böyükdür. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12.200 km olan Yeri bir muncuq böyüklüyünə gətirsək, Günəş də bizə məlum olan futbol topundan iki dəfə böyük kürə halına gələr. Lakin əsil qəribə olan aradakı məsafədir. Həqiqətə uyğun bir model yaratmağımız üçün, muncuq böyüklüyündəki Yerlə top böyüklüyündəki Günəşin arasında 280 metr məsafə qoymalıyıq. Günəş sisteminin ən kənarında yerləşən planetləri isə kilometrlərlə uzaqda yerləşdirməliyik.
Lakin bu qədər nəhəng ölçüdə olan Günəş sistemi, yerləşdiyi Südyolu qalaktikası ilə müqayisədə olduqca kiçikdir. Çünki Südyolu qalaktikasında Günəş kimi və əksəriyyəti ondan böyük olan təqribən 250 milyard ulduz var. Bu ulduzların arasında Günəşə ən yaxın olanı Alfa Sentavradır. Əgər Alfa Sentavranı bir qədər əvvəl yaratdığımız modelə, yəni Yerin muncuq böyüklüyündə və Günəşlə Yer arasındakı məsafənin 280 metr olduğu modelə yerləşdirsək, onu Günəşdən 78.000 km uzaqda yerləşdirməliyik!

Modeli bir az da kiçildək. Yeri çətinliklə görünən toz zərrəciyi boyda edək. O zaman Günəş qoz böyüklüyündə olar və Yerdən 3 metr məsafədə yerləşər. Bu modeldə Alfa Sentavranı Günəşdən 640 km. məsafədə yerləşdirməliyik. Südyolu qalaktikasında aralarında məhz bu qədər böyük məsafələr olan 250 milyard ulduz var. Spiral formasında olan bu qalaktikanın qollarından birində bizim Günəşimiz yerləşir.

Lakin qəribə olan, Südyolu qalaktikasının da bütün kosmos düşünüldüyü təqdirdə çox “kiçik” yer olmasıdır. Çünki kosmosda başqa qalaktikalar da var, özü də təxminlərə görə təqribən 300 milyard qədər!.. Bu qalaktikaların arasındakı boşluqlar isə Günəşlə Alfa Sentavra arasındakı məsafədən milyon dəfələrlə böyükdür.
Göy cisimlərinin kosmosdakı yerləri və aralarındakı bu nəhəng məsafələr Yerdə canlı həyatın mövcud olması üçün zəruridir. Göy cisimləri arasındakı məsafələr Yerdəki həyatı dəstəkləyəcək şəkildə bir çox universal qüvvə ilə uyğun gələn hesabla nizamlanmışdır. Bu məsafələr planetlərin orbitlərinə, hətta planetlərin özünə birbaşa təsir edər. Bu məsafələr bir qədər daha az olsaydı, ulduzlar arasındakı cazibə qüvvəsi planetlərin orbitlərini qeyri-sabit vəziyyətə gətirərdi. Bu qeyri-sabitlik isə planetlərdə ifrat temperatur dəyişikliklərinə səbəb olardı. Əgər məsafələr bir az çox olsaydı, ifrat yeni ulduzlarla kosmosa atılan ağır elementlər çox seyrək yayılar və Yer kimi dağlıq planetlər əmələ gələ bilməzdi. Ulduzlar arasında hazırkı məsafələr bizimki kimi planet sisteminin mövcud olması üçün ən ideal ölçüdədir.
Tanınmış biokimya professoru Maykl Denton (Michael Denton) da “Nature's destiny” (“Təbiətin taleyi”) adlı kitabında belə yazır:

“İfrat yeni ulduzlar və əslində bütün ulduzlar arasındakı məsafələr çox həlledici məsələdir. Qalaktikamızdakı ulduzların bir-birlərinə olan məsafəsi orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı, planetlərin orbitləri qeyri-sabit olardı. Əgər bir qədər daha çox olsaydı, müəyyən ifrat yeni ulduz partlayışı tərəfindən dağıdılan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla əsla əmələ gələ bilməyəcəkdi. Əgər kainat həyat üçün uyğun məkan olacaqsa, ifrat yeni ulduz partlayışları çox xüsusi nisbətdə baş verməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı məsafə, çox xüsusi məsafə olmalıdır. Bu məsafə, onsuz da indinin özündə mövcud olan məsafədir”.

Corc Qrinsteyn (George Greenstein), bu ağlasığmaz böyüklüklə bağlı; “the symbiotic universe” (“simbiotik kainat”) adlı kitabında bunları qeyd edir:

“Əgər ulduzlar bir-birlərinə bir qədər daha yaxın olsalar, astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, dumanlıqlarda (nebula) və digər göy cisimlərində davam edən əsas fiziki proseslərdə heç bir dəyişiklik baş verməzdi. Uzaq bir nöqtədən baxıldıqda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq, gecə çəmən üzərində uzanıb seyr etdiyim səmada olduqca çox sayda ulduz olması olardı. Lakin üzr istəyirəm, bəli, bir fərq daha olardı: Bu mənzərəni seyr edən "mən" olmazdım... Kosmosdakı bu nəhəng boşluq, bizim varlığımızın ilkin şərtidir”.

Qrinsteyn (Greenstein), bunun səbəbini də açıqlayır; kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişənlərin tam insan həyatına uyğun şəkil almasını təmin edir. Həmçinin Yer kürəsinin kosmos boşluğunda hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasına mane olan ünsür də, kainatdakı göy cisimlərinin arasında bu qədər böyük boşluqların çox olmasıdır.

Bir sözlə, kainatdakı göy cisimlərinin paylanışı, insanın həyatı üçün tam olması lazım gələn şəkildədir. Nəhəng boşluqlar təsadüfən əmələ gəlməyib, üstün və bənzərsiz Yaradılışın nəticəsidir.
Sonsuz hikmət sahibi olan Allah Quranda göylərin və yerin müəyyən məqsədlə yaradıldığını bir çox ayəsi ilə xəbər vermişdir:

Biz göyləri, yeri və onlar arasında olan hər şeyi haqqdan savayı (hər hansı məqsədlə) yaratmadıq. Şübhəsiz ki, o saat da yaxınlaşaraq gəlir. O zaman (onlarla) gözəl rəftar et. (Hicr surəsi, 85)

Biz göyləri, yeri və onların arasında olanları “əyləncə üçün və əbəs yerə” yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq. Lakin onların əksəriyyəti bilməz. (Duxan surəsi, 38-39)

Geri