Görünən şüa möcüzəsi

Kainatdakı ulduzların və digər işıq mənbələrinin hamısı eyni cür şüa yaymır. Bu müxtəlif şüalar, dalğa uzunluqlarına təsnif edilir. Müxtəlif dalğa uzunluqlarının əmələ gətirdiyi interval çox genişdir. Ən kiçik dalğa uzunluğuna malik qamma şüaları ilə ən böyük dalğa uzunluğuna malik radiodalğalar arasında 1025-də 1 fərq var. Burada möcüzəvi cəhət isə Günəşin yaydığı şüaların demək olar ki, hamısının, bu 1025-lik intervalın tək vahidinə sıxışdırılmış olmasıdır. Çünki bu çok kiçik intervalda həyat üçün lazım olan yeganə şüalar yerləşir.
Burada diqqət yetirilməli xüsus, dalğa uzunluqlarının fövqəladə dərəcədə geniş intervalda paylanmış olmasıdır. Ən qısa dalğa uzunluğu, ən uzun dalğa uzunluğundan tam 1025 qat daha kiçikdir. 1025, 1-in yanına 25 ədəd sıfır yazıldıqda alınan bir ədəddir. 10.000.000.000.000.000.000.000.000 şəklində yaza biləcəyimiz bu ədədin böyüklüyünü daha yaxşı qavramaq üçün bəzi müqayisələr aparmaq yerində olar. Məsələn, Yerin dörd milyard illik ömrü boyu keçən saniyələrin ümumi sayı, yalnız 1017-dir. Əgər 1025-ə dək saymaq istəsək, gecə-gündüz heç dayanmadan saymalı və bu işi Yerin yaşından 100 milyon dəfə daha uzun müddət ərzində davam etdirməli olarıq! Əgər 1025 ədəd oyun kartını üst-üstə düzməyə çalışsaq, Südyolu qalaktikasının çox kənarına çıxmalı və müşahidə oluna bilən kainatın təxminən yarısı qədər məsafə qət etməli olarıq.

Kainatdakı müxtəlif dalğa uzunluqları, məhz bu qədər geniş intervalda paylanmışdır. Lakin maraqlı budur ki, Günəşimiz, bu geniş spektrin çox kiçik intervalına sıxışdırılmışdır. Günəşdən yayılan müxtəlif dalğa uzunluqlarının 70%-i, 0,3 mikronla 1,50 mikron arasındakı çox kiçik intervalda yerləşir. Bu intervalda üç növ şüa var: görünən şüalar, yaxın infraqırmızı şüalar və bir qədər də, yaxın ultrabənövşəyi şüalar.

Bu üç növ şüa sayca çox kimi görünə bilər. Lakin əslində hamısı birlikdə, elektromaqnit şüalar intervalında təkcə bir vahid yer tutur! Digər bir sözlə, Günəşdən yayılan bütün şüalar üst-üstə düzdüyümüz 1025 ədəd oyun kartının təkcə birinə uyğun gəlir.

Bəs görəsən niyə Günəş şüaları bu kiçik intervala sıxışdırılmışdır?
Cavab olduqca əhəmiyyətlidir: Günəş şüaları bu kiçik intervala sıxışdırılmışdır, çünki Yer üzündəki həyatın yaranmasına şərait yaradacaq şüalar, yalnız bu şüalardır.

İngilis fiziki Yan Kempbel (Ian Campbell), “energy and the atmosphere” (“enerji və atmosfer”) adlı kitabında bu mövzuya toxunur və "Günəşdən yayılan şüaların, Yer üzündə həyatın yaranmasına şərait yaratmaq üçün, lazım gələn çox kiçik intervala sıxışdırılmış olması həqiqətən çox fövqəladə vəziyyətdir" deyir. Kempbelə (Campbell) görə bu vəziyyət; "inanılmaz dərəcədə təəccüblüdür".

Geri