Kainatın genişlənmə sürətinin möcüzəvi qiyməti

Kainatın genişlənmə sürəti kainatın hazırkı quruluşunun əmələ gəlməsi baxımından olduqca həlledici qiymətdədir. Əgər genişlənmə sürəti bir az yavaş olsaydı, bütün kainat, hələ günəş sistemləri tam əmələ gəlmədən yenidən içinə çökərdi. Əgər kainat bir az sürətlə genişlənsəydi, maddə qalaktikaları və ulduzları bir daha əsla əmələ gətirə bilməyəcək şəkildə fəzada dağılıb gedərdi. Hər iki halda da, canlıların və bizim mövcud olmağımız qeyri-mümkün olardı.
Lakin bu iki ehtimal da olmamış, kainatın genişlənmə sürətinin çox həssas qiyməti sayəsində hazırkı kainat əmələ gəlmişdir. Bəs bu tarazlıq nə qədər həssasdır?
Avstraliyadakı Adelaida Universitetindən tanınmış riyazi fizika professoru Pol Devis (Paul Davies) bu suala cavab vermək üçün uzun hesablamalar aparmış və heyrətamiz nəticə əldə etmişdir. Devisin fikrincə, böyük partlayışdan sonra baş verən genişlənmənin sürəti əgər milyard dəfə milyardda bir (1/1018) belə fərqli olsaydı, kainat əmələ gəlməzdi. Milyard dəfə milyardda bir ədədini riyazi şəkildə belə yaza bilərik: “0,000000000000000001”. Yəni bu qədər kiçik astronomik fərq belə kainatın əmələ gələ bilməməsi demək idi. Devis bu nəticəni belə şərh edir:

“Hesablamalar kainatın genişlənmə sürətinin çox həlledici nöqtədə olduğunu göstərir. Əgər kainat bir az belə yavaş genişlənsə, cazibə qüvvəsinə görə içinə çökər, bir az belə sürətlə genişlənsə, kosmik material tamamilə dağılıb gedərdi. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər “yaxşı hesablanmış” olduğu sualının cavabı çox qəribədir. Əgər partlayış sürətinin müəyyən vəziyyətə gəldiyi vaxt, bu sürət sadəcə 1/1018 qədər belə fərqli olsaydı, bu lazımi tarazlığı yox etməyə kifayət edərdi. Dolayısilə kainatın partlayış sürəti inanılmaz dərəcədə həssas dəqiqliklə müəyyənləşdirilmişdir. Buna görə də, böyük partlayış hər hansı partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və tənzimlənmiş formalaşmadır”.

Kainatın başlanğıcındakı bu möhtəşəm tarazlıq məşhur “Science” jurnalındakı bir məqalədə isə belə ifadə edilir:
“Əgər kainatın sıxlığı bir az artıq olsaydı, o zaman Eynşteynin (Einstein) ümumi nisbilik nəzəriyyəsinə əsasən, kaniat, atom zərrəciklərinin bir-birini cəzbetmə qüvvəsindən ötrü genişlənməyəcək və yenidən kiçilərək kiçik nöqtəyə çevriləcəkdi. Əgər sıxlıq başlanğıcda bir qədər az olsaydı, o zaman kainat son sürətlə genişlənəcək, lakin bu təqdirdə də atom zərrəcikləri bir-birini cəzb edə bilməyəcək və ulduzlarla, qalaktikalar heç vaxt əmələ gələ bilməyəcəkdi. Təbiidir ki, biz də mövcud olmayacaqdıq! Aparılan hesablamalara görə, kainatımızın başlanğıcındakı həqiqi sıxlığı ilə bu sıxlıqdan kənar həlledici sıxlığı arasındakı fərq; “0,01-in 1 kvadrilyonu”ndan da azdır. Bu, bir qələmi iti ucu üzərində 1 milyard il sonra da dayanacaq şəkildə yerləşdirməyə bənzəyir... Üstəlik, kainat genişləndikcə bu tarazlıq daha da həssaslaşır”.

Stiven Hokinq (Stephen Hawking) də, hər nə qədər kainatın mənşəyini təsadüflərlə açıqlamağa çalışsa da, “Zamanın qısa tarixi” adlı kitabında kainatın genişlənmə sürətindəki bu fövqəladə tarazlığı belə qəbul edir:
“Kainatın genişlənmə sürəti o qədər həlledici qiymətdədir ki, böyük partlayışdan sonrakı birinci saniyədə bu qiymət, əgər yüz min milyon dəfə milyonda bir qədər az olsaydı, kainat hazırkı vəziyyətinə gəlmədən içinə çökərdi”.

Böyük partlayış üçün “şişən kainat modeli”nin (inflationary universe model) nəzəriyyəçisi olan Alan Qut (Alan Guth) isə, ötən illərdə kainatın genişlənməsindəki incə sazlama ilə bağlı, olduqca heyrətamiz nəticə hesablayır və kainatın genişlənmə sürətinin 1055-də 1 həssaslıqla tənzimlənmiş olduğunu bildirir.

Bəs bu qədər fövqəladə tarazlıq nəyi göstərir? Əlbəttə ki, belə həssas tənzimləmə təsadüflə açıqlana bilməz. Pol Devis (Paul Davies), əslində, materialist yanaşma tərzini mənimsəmiş bir fizik olmasına baxmayaraq, bu həqiqəti belə qəbul edir:

“Çox kiçik rəqəm dəyişikliklərinə həssas olan kainatın hazırkı quruluşunun çox diqqətli şüur tərəfindən meydana gətirildiyinə qarşı çıxmaq çox çətindir... Təbiətin ən təməl tarazlıqlarındakı həssas rəqəm tarazlıqları, kosmik dizaynın varlığını qəbul etmək üçün olduqca güclü dəlildir”.

Göründüyü kimi, elmin ortaya qoyduğu qəti nəticələr Pol Devisi (Paul Davies), materialist olmasına baxmayaraq, kainatın yaradıldığı həqiqətini istər-istəməz qəbul etməyə vadar etmişdir.

Geri