Günəş şüası ilə fotosintez arasındakı fövqəladə uyğunluq

Yüksək texnologiya ilə təchiz olunmuş laboratoriyada fəaliyyət göstərən mütəxəssis insanların hələ də bacarmadığı bir prosesi, bitkilər yüz milyon illərdir həyata keçirirlər. Günəş  şüasından istifadə edərək “fotosintez” edir və qida əmələ gətirirlər. Lakin bu fövqəladə prosesin mühüm şərti, bitkilərə gələn şüanın fotosintez üçün uyğun şüa olmasıdır.
Bitkilərin fotosintez etməsini təmin edən hüceyrələrindəki xlorofil molekullarının şüa enerjisinə həssas olmalarıdır. Lakin xlorofil sadəcə müəyyən dalğa uzunluğundakı şüalardan istifadə edə bilir. Günəş isə məhz bu şüaları yayır. İşin ən önəmli tərəfi, fotosintez üçün istifadə edilə bilən bu müəyyən dalğa uzunluğunun, şüanın 1025 müxtəlif dalğa uzunluğundan yalnız birinə uyğun gəlməsidir.
Günəşin yaydığı şüa ilə fotosintez üçün lazım olan şüanın demək olar ki, eyni olması işığın mükəmməl quruluşunu göstərir. Amerikalı astronom Corc Qrinsteyn (George Greenstein), “the symbiotic universe” (“simbiotik kainat”) adlı kitabında bu mövzuda bunları yazır:
 Fotosintezi həyata keçirən molekul, xlorofildir... Fotosintez mexanizmi, bir xlorofil molekulunun Günəş şüasını udmasıyla başlayır. Lakin bunun həyata keçə bilməsi üçün, şüa doğru rəngdə olmalıdır. Yanlış rəngdəki şüa, işə yaramayacaq.

Bu mövzuya nümunə olaraq televizoru göstərə bilərik. Bir televizorun, bir kanalın verilişini tuta bilməsi üçün, düzgün yayım tezliyi seçilməlidir. Düzgün tezliyi seçməsiniz ekranda təsviri əldə edə bilməzsiniz. Eyni şey fotosintezə də aiddir. Günəşi televiziya verilişləri yayımlayan stansiya kimi qəbul etsəniz, xlorofil molekulunu da televizora bənzədə bilərsiniz. Əgər bu molekul və Günəş, bir-birlərinə uyğun şəkildə nizamlanmasalar, fotosintez baş verməz. Eləcə də, Günəşə baxdığımız vaxt, şüalarının rənginin, tam olması lazım gələn rəngdə olduğunu görərik.

Bitkilər və fotosintez prosesini səthi qiymətləndirənlər bəlkə də: “Günəş şüası daha fərqli olsaydı, bitkilər də ona uyğun olardı” deyə düşünə bilərlər. Halbuki, bu, qətiyyən mümkün deyil. Corc Qrinsteyn (George Greenstein) təkamülçü olmasına baxmayaraq, belə şeyin qeyri-mümkün olduğunu belə ifadə edir:

Bəlkə insan burada bir növ adaptasiya baş verdiyini düşünə bilər: Bitkinin həyatının Günəş şüasının xüsusiyyətlərinə uyğunlaşdığını güman edə bilər. Nəticədə, əgər Günəş müxtəlif temperatura malik olsa (və müxtəlif şüa yaysa) xlorofil əvəzinə başqa bir molekul bu şüadan istifadə edəcək şəkildə əmələ gələ bilməz mi? Sözün açığı, cavab "xeyr"dir. Çünki ən geniş intervallarda belə, bütün fərqli molekullar işığın çox xüsusi bəzi rənglərini uda bilərlər. İşığın udulması əməliyyatı, molekullardakı elektronların yüksək enerji səviyyələrinə olan həssaslıqlarıyla əlaqədardır və hansı molekulu götürsəniz, bu əməliyyatı həyata keçirmək üçün lazım gələn enerji eyni olacaq. İşıq, fotonlardan təşkil olunur və yanlış enerji səviyyəsində foton, qətiyyən udula bilməz... Bir sözlə, ulduzların fiziki quruluşu ilə, molekulların fiziki quruluşu arasında çox yaxşı uyğunlaşma var. Bu uyğunlaşma olmasa, həyat qeyri-mümkün olardı.

Qrinsteyn (Greenstein) xülasə şəklində bunu söyləyir: “Hər hansısa bitki, işığın yalnız və yalnız çox xüsusi intervalında fotosintez edə bilər. Bu interval isə, tam olaraq Günəşin yaydığı işığa uyğun gəlir”.

Qrinsteynin (Greenstein) ifadəsiylə desək; "ulduzların fiziki quruluşu ilə, molekulların fiziki quruluşu arasındakı bu uyğunluq", əsla təsadüflərlə izah olunmayacaq qədər fövqəladə uyğunluqdur. Günəşin 1025-də 1 ehtimalla bizim üçün lazım gələn şüanı verməsi və yer üzündə bu şüadan istifadə edəcək mürəkkəb molekulların olması, əlbəttə ki, bəhs olunan uyğunluğu Allahın yaratdığını göstərir.

Geri