Heyranlıq oyandıran ehtimal

Bütün fiziki kəmiyyətləri birlikdə düşündükdə bizə həyat imkanı verən belə bir kainatın təsadüfən əmələ gəlməsi ehtimalı nə qədərdir? Milyard dəfə milyardda 1 ehtimaldırmı? Yaxud trilyard dəfə trilyarda dəfə trilyardda bir ehtimaldırmı? Yaxud daha kiçik rəqəmdirmi?
Bu rəqəmi tanınmış ingilis riyaziyyatçı (eləcə də, Stiven Hokinqin (Stephen Hawking) yaxın iş yoldaşı olan) professor Rocer Penrouz (Roger Penrose) hesablayıb. Bütün fiziki kəmiyyətləri və bunların neçə fərqli şəkildə düzüləcəyini nəzərə almış və canlıların yaşaması üçün uyğun mühitin əmələ gəlməsinin böyük partlayışın digər mümkün nəticələri arasında neçədə neçə ehtimal olduğunu müəyyənləşdirmişdir.

Penrouzun (Penrose) tapdığı ehtimal budur: 1010123-də 1 ehtimal! Bu rəqəmin nə məna ifadə etdiyini düşünmək belə çətindir. Riyaziyyatda 10123 ədədi 1-in yanına 123 ədəd sıfır yazılmasıyla əldə olunur (bu, kainatdakı bütün atomların sayının cəmindən, yəni 1078-dən də böyük astronomik ədəddir). Lakin Penrouzun (Penrous) tapdığı ədəd bundan qat-qat böyükdür. Çünki Penrouzun (Penrous) tapdığı ədəd 1-in yanına 10123 ədəd sıfırın yazılması ilə əldə olunur.

Bu ədədi bir neçə misalla da açıqlaya bilərik: 103, 1000 deməkdir. 10103 isə 1-in yanına 1000 ədəd sıfırın yazılması ilə əldə olunan ədəddir. 1-in yanına 9 sıfır yazılsa, bu bir milyard edər. 12 ədəd sıfır yazılsa, bu dəfə 1 trilyon edər. Lakin burada 1-in yanına 10123 ədəd sıfır yazılır ki, bunun da riyaziyyatda adı və ya tərifi yoxdur.

Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar sıfır ehtimal hesab olunur. Lakin bu ədəd 1050-də 1-in trilyard dəfə, trilyard dəfə, trilyard mislindən belə xeyli böyükdür. Bir sözlə, bu ədəd bizə, kainatın təsadüflə açıqlanmasının qətiyyən mümkünsüz olduğunu göstərir. Professor Penrouz (Penrose) ağlın hüdudlarını aşan bu ədəd barədə bu açıqlamanı verir:

“Bu ədəd, yəni 1010123 də bir ehtimal, bizə, Yaradıcının məqsədinin nə qədər aydın və gözəçarpan olduğunu göstərir. Bu həqiqətən də, fövqəladə ədəddir. Heç kəs bunu natural ədədlər şəklində belə yazmağı bacara bilməz, çünki o, 1-in yanına 10123 ədəd sıfır yazmalı olacaq. Əgər kainatdakı bütün protonların və bütün neytronların üzərinə bir ədəd sıfır yazsa belə, yenə də bu ədədi yazmaqdan çox-çox geridə qalacaq”.

Yaşadığımız kainatın əmələ gəlməsi ilə bağlı riyazi cəhətdən ifadə edilməyəcək qədər çox sayda ehtimal arasından, tam lazımi ehtimalın ən mükəmməl şəkildə formalaşmış olması yaradılışın açıq-aydın dəlilidir. Şübhəsiz ki, belə mükəmməl kainatda yaşamağımız kortəbii təsadüflərin, şüursuz atomların verdiyi qərarların, əmələ gətirdikləri nizamın əsəri deyil. Bütün kainat, içindəki mükəmməl sistemlər, canlı və cansız varlıqlarla aləmlərin Rəbbi olan Allahın mükəmməl yaratması ilə mövcud olmuşdur.

Geri