DNT-nin möcüzəvi quruluşu

Canlıların orqanizmi ilə bağlı hər cür məlumat hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekullarında onun xarakteristik xüsusiyyətləri ilə bağlı məlumatlar şifrlənmişdir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulunu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyaya bənzədə bilərik.
DNT-dəki hərflərin ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik məlumatı kağıza köçürməyə çalışsaq, təxminən hər biri 500 səhifəlik olan 900 cilddən ibarət nəhəng kitabxana yaratmalı olarıq. Lakin bu ağlasığmaz həcmdəki məlumat mikroskopik ölçüdəki hüceyrənin “nüvəsində” yerləşən DNT-də şifrlənmişdir.

İnsanın bir DNT molekulunda 1 milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var. Diqqət yetirin, düz 1 000 000 ensiklopediya səhifəsi... Yəni hər hüceyrənin nüvəsində insan orqanizminin funksiyalarını tənzimləyə xidmət edən 1 milyon səhifəlik ensiklopediya həcmində məlumat şifrlənmişdir. Bir bənzətmə edək: dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britannika ensiklopediyasının belə cəmi 25000 səhifəsi var. Bu halda, heyranedici vəziyyətlə qarşılaşarıq. Mikroskopik hüceyrənin içində ondan xeyli kiçik nüvədə yerləşən bir molekulda milyonlarla məlumat saxlayan, dünyanın ən böyük ensiklopediyasından 40 dəfə böyük olan məlumat bankı yerləşir. Bu isə 920 cildlik, dünyada tayı-bərabəri olmayan nəhəng ensiklopediya deməkdir. Edilən təsbitlərə görə bu nəhəng ensiklopediyada təqribən 5 milyard müxtəlif məlumat var.

Üstəlik, bu fövqəladə məlumat dünya yarandığı dövrdən bəri yaşamış milyardlarla insanın hər birinin 100 trilyon hüceyrəsinin hamısında eynilə mövcud olub. Şübhəsiz ki, bu, göylərin və yerin Rəbbi olan Allahın sonsuz qüdrətinin açıq-aydın göstəricisidir.

DNT-nin təbii şərtlərlə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür
İnsan orqanizmində 200000 gen olduğunu nəzərə alınsa, bu genləri təşkil edən milyonlarla nukleotidin təsadüfən düzgün düzülməsinin qeyri-mümkün olduğu görünər. Təkamülçü bioloq olan Frenk Solsberi (Frank Salisbury) bu qeyri-mümkünlüklə əlaqədar bunları söyləyir:

“Orta ölçülü bir zülal molekulu təqribən 300 amin turşusundan ibarət olur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində 4 ayrı növ nukleotid olduğu nəzərə alınsa, 1000 nukleotidlik düzülüş 41000 fərqli formada ola bilər. Kiçik loqarifm hesablaması ilə əldə olunan bu dədə, ağlın qavrama həddini çox aşır”.

41000-də 1 “kiçik loqarifm hesablaması” nəticəsində 10620-də 1 deməkdir. Bu ədəd 10-un yanına 620 sıfırın yazılmasıyla əldə olunur. 10-un yanına 11 sıfır yazıldıqda 1 trilyon alındığı halda, 620 sıfırlı ədədin qavranması həqiqətən də qeyri-mümkündür.

Nukleotidlərin təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirməsinin qeyri-mümkün olduğunu təkamülçü fransız elm adamı Pol Oce (Paul Auger) də belə ifadə edir:

“Təsadüfi kimyəvi proseslər sayəsində nukleotidlər kimi mürəkkəb molekulların əmələ gəlməsi mövzusunda məncə iki mərhələni bir-birindən konkret ayırmalıyıq: tək-tək nukleotidlərin sintezlənməsi (belə ki, bu, bəlkə, mümkün ola bilər) və bunların çox xüsusi düzülüşlə bir-birinə birləşməsi. Məhz bu ikincisi qeyri-mümkündür”.

Bu qeyri-mümkünlük barədə San-Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin (Stanley Miller) və Frensis Krikin (Francis Crick) iş yoldaşı olan tanınmış təkamülçü dr. Lesli Orgel (Leslie Orgel) isə belə deyir:

“Olduqca kompleks quruluşu olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlməsi ifrat həddə ehtimaldan kənardır. Lakin bunlardan biri olmadan digərini də əldə etmək mümkün deyil. Dolayısilə insan, həyatın kimyəvi yollarla yaranmasının qətiyyən mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır”.

Bu həqiqəti digər bəzi tanınmış təkamülçü elm adamları da qəbul edir:
“DNT, katalitik zülalların və fermentlərin köməyi olmadan gördüyü işi, yeni DNT əmələ gətirmək də daxil olmaqla, görə bilməz. Bir sözlə, DNT olmadan zülallar olmaz, lakin DNT də zülallar olmasa, əmələ gəlməz”.

“Necə oldu ki, genetik məlumat onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları ilə) birlikdə əmələ gəldi? Bu sual qarşısında özümüzü bir cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə razı salmalıyıq”.

Geri