Cazibə qüvvəsinin həssas ölçüsü

Kainatdakı fiziki qanunlar dörd əsas qüvvə üzərində işləyir. Bunlar “cazibə qüvvəsi”, “elektromaqnit qüvvəsi”, “güclü nüvə qüvvəsi” və “zəif nüvə qüvvəsi”dir. Bu qüvvələrin qiymətləri isə kainatın hazırkı formada mövcud olması və həyata uyğun olması üçün mükəmməl həssaslıqla nizamlanıb.
Kainatdakı nizama təsir edən ən əsas qüvvələrdən biri cazibə qüvvəsidir (qravitasiya qüvvəsi). Nyuton (Newton) bu qüvvənin təkcə almaları ağacdan salan deyil, eyni zamanda, planetləri də orbitlərində saxlayan sirli qüvvə olduğunu demişdi. Eynşteyn (Einstein) isə mövzuya daha da dərinlik qazandırıb cazibə qüvvəsinin nəhəng ulduzları necə içinə çökdürüb qara dəliklərə çevirdiyindən bəhs etmişdi. Həqiqətən də, cazibə qüvvəsi kainatın ən həlledici qüvvələrindən biridir. Kainatın genişlənməsini nəzarət altında saxlayan qüvvə də, yenə cazibə qüvvəsidir.

Bu cazibə qüvvəsi isə qiymət etibarilə, tam da hazırda yaşadığımız kainatın əmələ gələ bilməsinə imkan verəcək sabit qiymətə malikdir.

Əgər qravitasiya sabiti indikindən bir az daha artıq olsaydı, ulduzlar daha qısa müddətdə əmələ gələr və kosmosdakı ən kiçik ulduzun kütləsi belə, bizim Günəşimizdən ən az 1,4 dəfə böyük olardı. Bu cür böyük ulduzlar isə o qədər sürətlə və qeyri-sabit yanar ki, ətraflarındakı planetlərdə həyatı formalaşdıracaq şərtlərin əmələ gəlməsi qeyri-mümkün olar. Həyat üçün təkcə bizim Günəşimiz kiçikliyində ulduzlara ehtiyac var. Habelə, qravitasiya sabiti indikindən bir az daha artıq olsaydı, kainatdakı böyük ulduzların hamısı qara dəliyə çevrilərdi. Həmçinin ən kiçik planetlərdəki cazibə qüvvəsi o qədər güclü olardı ki,  həşəratlardan böyük heç bir cisim ayaqda dura bilməzdi.
Eləcə də, əgər qravitasiya sabiti bir qədər daha az olsaydı, bu zaman da kosmosdakı bütün ulduzların kütləsi ən çoxu bizim Günəşimizin kütləsinin 0,8 hissəsi qədər olardı. Belə kiçik ulduzlar hər nə qədər ətraflarındakı planetlərdə həyata imkan verəcək qədər uzun və sabit yansaydılar da, bu dəfə planetləri və canlılar aləmini əmələ gətirən ağır elementlər kainatda əmələ gələ bilməzdi. Çünki dəmir və daha ağır elementlər, təkcə nəhəng ulduzların nüvəsində əmələ gətirilə bilər və təkcə bu cür ağır ulduzlar berillium və daha ağır elementləri ulduzlararası fəzaya yaya bilərlər. Bu cür elementlər isə planetlərin və həyatın yaranması üçün zəruridir.

Göründüyü kimi, cazibə qüvvəsində yarana biləcək bu qədər çox kiçik dəyişikliklər həyatın, dolayısilə insanların əmələ gəlməsinə bilavasitə mane olacaqdı. Cazibə qüvvəsindəki bir qədər böyük dəyişikliklər isə, ortada tamamilə kainat adlı məhfumun qalmamasına səbəb olacaqdı. Cazibə qüvvəsi bir qədər çox artsaydı, kainat genişlənə bilmədən içinə çökər, bir qədər az azalsaydı isə, heç bir ulduz və ya qalaktika əmələ gələ bilməyəcəkdi.
Lakin bu gün Yer kürəsində yaşa bilməyimiz, bu mənfi ehtimalların heç birinin baş vermədiyini göstərir. Əksinə, kainatın hər təfsilatı mükəmməl plan və tarazlıq əsasında yaradılıb. Sonsuz qüdrət sahibi olan Allah, yaşadığımız kainatı fövqəladə “möcüzələr zənciri” və tam uyğunluqla yaratmışdır.

Yeddi göyü bir-birinə tam uyğun olaraq təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir göz gəzdirib bax, hər hansı bir çat görürsənmi? Sonra iki dəfə də, göz gəzdirib bax. Göz (uyğunsuzluq tapmaqdan) ümidini kəsmiş və yorğun halda özünə tərəf dönəcək. (Mülk surəsi, 3-4)

Geri