Canlılar yer üzündə birdən-birə möcüzəvi şəkildə əmələ gəliblər

Canlıların təsadüfən əmələ gəlməsinin bioloji cəhətdən qeyri-mümkün olması ilə yanaşı, arxeoloji tapıntılar da bizə canlıların yer üzündə ani şəkildə əmələ gəldiklərini göstərir.
Yerin təbəqələri və fosil qeydləri tədqiq olunduqda yer üzündəki canlı həyatın birdən-birə əmələ gəldiyi görünər. Mürəkkəb canlı varlıqların fosillərinə rast gəlinən ən dərin təbəqə 520-530 milyon il yaşı olduğu hesablanmış Kembri təbəqəsidir.
Kembri süxurlarında tapılan fosillər ilbizlər, trilobitlər, süngərlər, soxulcanlar, meduzalar, dəniz ulduzları, üzən xərçəngkimilər, dəniz lalələri kimi mürəkkəb onurğasız canlı növlərinə aiddir. Qəribədir ki, bir-birindən çox fərqlənən bu növlərin hamısı bir anda əmələ gəlir. Buna görə də, geoloji ədəbiyyatda bu möcüzəvi hadisə “Kembri partlayışı” adlanır.

Bu təbəqədəki canlıların əksəriyyətində, müasir nümunələrindən heç bir fərqi olmayan, göz, qəlsəmə, qan-damar sistemi kimi mürəkkəb sistemlər, ali fizioloji strukturlar var. Məsələn, trilobitlərin cüt büllurlu pətək göz quruluşu yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo Universitetlərindən geologiya professoru Devid Raup (David Raup): “trilobitlərin gözü, təkcə dövrümüzün yaxşı təhsil almış, olduqca bacarıqlı optika mühəndisi tərəfindən düzəldiləcək dizayna malikdir” deyir.

Bu mürəkkəb onurğasız canlılar özlərindən əvvəl yer üzündəki yeganə canlılar olan birhüceyrəli orqanizmlərlə aralarında heç bir əlaqə və ya ara-keçid forması olmadan, birdən-birə və mükəmməl şəkildə əmələ gəliblər.
Təkamül ədəbiyyatının məşhur jurnallarından biri olan “Earth Sciences” jurnalının redaktoru Riçard Monestarski (Richard Monestarsky) təkamülçüləri təəccübləndirən bu Kembri partlayışı barəsində belə məlumat verir:
Bu gün gördüyümüz olduqca mürəkkəb heyvanlar ani surətdə əmələ gəliblər. Bu an Kembri dövrünün tam əvvəlinə təsadüf edir ki, dənizlərin və yer üzünün ilk mürəkkəb varlıqlarla dolması bu partlayışıla başlamışdır. Dövrümüzdə dünyanın hər tərəfinə yayılmış onurğasız canlı dəstələri erkən Kembri dövründə onsuz da mövcud idilər və bu gün olduğu kimi bir-birindən çox fərqli idilər.

Yer kürəsinin bir-birindən birı bu qədər fərqli onurğasız canlı növləri ilə necə dolub-daşdığı, heç bir ortaq əcdadı olmayan ayrı-ayrı növlərdən olan canlıların necə əmələ gəldiyi təkamülçülərin qətiyyən cavab verə bilmədiyi suallardır. Təkamülçü düşüncə tərzinin dünya səviyyəsində ən qabaqcıl tərəfdarlarından biri olan ingilis bioloq Riçard Doukinz (Richard Dawkins) müdafiə etdiyi müddəaları yerli-dibli qüvvədən salan bu həqiqət barəsində bunları deyir:

"...Kembri təbəqələri, əsas onurğasız canlı qruplarının nümayəndələrini tapdığımız ən qədim təbəqələrdir. Bunlar, ilk dəfə əmələ gəldikləri hallarıyla, təkamül keçirməmiş kimi görünürlər. Sanki heç bir təkamül tarixinə sahib olmadan, o vəziyyətdə, orada əmələ gəlmiş kimidirlər. Təbii ki, bu ani yaranma, Yaradılışı hipotezini müdafiə edənləri xeyli mənun edir".

Dokinzin də qəbul etdiyi kimi, Kembri partlayışı yaradılışın aydın dəlilidir. Çünki canlıların heç bir təkamüli əcdadları olmadan ani şəkildə əmələ gəlmələrinin yeganə açıqlaması yaradılışdır. Təkamülçü bioloq Duqlas Futuyma (Douglas Futuyma) da: “canlılar yer üzündə ya tamamilə mükəmməl və tam şəkildə üzə çıxıblar, ya da özlərindən əvvəl mövcud olan bəzi canlı növlərindən təkamül keçirərək meydana gəliblər” deyə bildirir.(60) Bu gün elmi faktlar canlıların ani şəkildə üzə çıxdığını göstərdiyinə görə, təkamül iddiası da tamamilə əsassız qalır. Necə ki, təkamülçülər də artıq bu həqiqəti gizli və ya açıq qəbul etməyə məcbur olurlar.

Geri