Bakteriyaların ağlı

Son illərdə bakteriyalar üzərində aparılan müşahidələr bu birhüceyrəli canlıların olduqca “ağıllı” davrandığını, mühiti dəyərləndirib qərar verdiklərini göstərmişdir. Tanınmış molekulyar bioloq Maykl Denton (Michael Denton) bu barədə belə yazır:
“Toz zərrəciyindən də kiçik olmalarına baxmayaraq, amöblərin olduqca mürəkkəb canlılardakı kimi həyat strategiyası var. Əgər amöbü pişik ölçüsündə böyüdə bilsəydik, bu məməli canlı ilə təxminən eyni zəka səviyyəsinə sahib olduğunu görərdik. Bəs görəsən bu çox kiçik canlılar necə olur ki, bu qədər yaxşı hesablanmış qərarlar verə bilirlər?... Amöb tutmaq istədiyi ovunu şüurlu şəkildə qovar, ovu istiqamətini dəyişdirdikdə o da onun ardınca istiqamətini dəyişər, uzun müddət ovunu izləyər. Bu davranışlar molekulyar səviyyədə açıqlana bilmir”.(67)
Yuxarıdakı sitatın son cümləsinə diqqət yetirmək lazımdır. Amöblərin davranışı “molekulyar” səviyyədə, yəni kimyəvi reaksiyalarla, fiziki amillərlə açıqlana bilmir. Bu canlılar şüurlu şəkildə, qərar verərək hərəkət edirlər. Lakin çox qəribədir ki, nə beyinləri, nə də sinir sistemləri var. Zülal, yağ və sudan ibarət hüceyrədirlər.

Bakteriyaların ağıllı davranışlarını göstərən başqa nümunələr də var. Məşhur fransız elmi jurnalı “Science et Vie”-nin 1999-cu il iyul sayında bildirildiyinə görə, bakteriyalar bir-biri ilə xəbərləşir və aldıqları bu məlumatlara əsasən qərar verirlər.

“Science et Vie” jurnalına əsasən, bu xəbərləşmə olduqca mürəkkəb sistemlə işləyir. Bakteriyaların səthində elektrik impulsları yayan və qəbul edən mexanizmlər var. Bakteriyalar bu sayədə bir-birinə impuls göndərir, mühitin xüsusiyyətləri və həmin mühitdə qida vəziyyəti ilə bağlı məlumatlar ötürürlər. Bu məlumatlara əsasən də, nə qədər çoxalacaqlarına və çoxalmanı nə vaxt dayandıracaqlarına qərar verirlər.

Bir sözlə, gözlə görülə bilməyəcək qədər kiçik canlılar ətraf mühit barədə məlumat toplayır, sonra bu məlumatları şərh edib bir-birinə ötürür və müəyyən qərar verib tətbiq edirlər. Özü də qrup şəklində!

Ciddi ağıl, zəka və şüur tələb edən bu davranışların beyni və sinir sistemi olmayan mikroorqanizm tərəfindən həyata keçirilməsi göstərir ki, ağıllı, planlı, hesablanmış davranışların mənbəyi bu canlı deyil. Bu vəziyyət isə açıq-aydın möcüzəni üzə çıxardır: bakteriyaları yaradan və bütün davranışlarını ilham edən Allahdır. Bu həqiqət, təkcə bakteriyalara deyil, bütün canlılara aiddir. Rəbbimiz Quranda belə bildirir:

...Onun, alnından tutub nəzarət etmədiyi heç bir canlı yoxdur... (Hud surəsi, 56)

Geri