Atmosferin heyrətamiz seçici xüsusiyyəti

Günəş şüalarının yer üzündəki həyat üçün xüsusi dizayn olunduqları kimi, bu şüaların ideal ölçülərdə yer üzünə çatmasında da çox mühüm amil rol oynayır: atmosfer.
Kosmosdan gələn şüalar Yer səthinə çatmaq üçün atmosferdən keçməlidirlər.
Əgər atmosfer, bu şüaları keçirəcək quruluşda olmasaydı, əlbəttə, bu şüaların bizə heç bir faydası olmazdı. Lakin atmosferimiz bu faydalı şüaların keçməsinə imkan verən xüsusi quruluşdadır.
İşin əsil möcüzəvi tərəfi isə, atmosferin bu şüaların keçməsinə imkan verməsi deyil, təkcə bu şüaların keçməsinə imkan verməsidir. Çünki atmosfer həyat üçün lazım olan görünən və yaxın infraqırmızı şüaları keçirdiyi halda, həyat üçün öldürücü olan digər şüaların keçməsinə qəti şəkildə mane olur. Bu isə, Günəşdən kənar mənbələrdən Yer kürəsinə çatan kosmik şüalara qarşı çox mühüm "süzgəc" rolunu oynayır. Denton bu mövzunu belə açıqlayır:

Atmosfer qazları, görünən və yaxın infraqırmızı şüalardan tam kənarda qalan digər bütün şüaları isə çox güclü şəkildə udar. Diqqət yetirilsə, atmosferin, elektromaqnit şüalar intervalının çox sayda intervalları arasında, keçməsinə imkan verdiyi yeganə şüalar görünən və yaxın qırmızı şüaları əhatə edən çox kiçik intervaldır. Demək olar ki, yer səthinə qətiyyən qamma, ultrabənövşəyi və mikrodalğalı şüalar gəlib çatmaz.

Buradakı quruluşun mükəmməlliyini görməmək qeyri-mümkündür. Günəş 1025-də 1 ehtimaldan yalnız bizə faydalı olan şüaları yayır, atmosfer isə, onsuz da təkcə bu şüaları keçirdir (Günəşin yaydığı çox az miqdardakı yaxın ultrabənövşəyi şüaların böyük hissəsi isə, ozon təbəqəsində toplanır).

Mövzunu daha da maraqlı edən, digər bir xüsus isə, suyun da eynilə atmosfer kimi olduqca seçici keçirmə xüsusiyyətinə malik olmasıdır. Su içində yayıla bilən şüalar, yalnız görünən şüalardır. Atmosferdən keçə bilən (və istilik verən) yaxın infraqırmızı şüalar belə, suyun içində yalnız bir neçə millimetr irəliləyə bilərlər. Dolayısilə Yer üzündəki dənizlərdə, yalnız səthdəki bir neçə millimetrlik təbəqə Günəşdən gələn şüalarla isinir. Bu istilik daha aşağıya doğru yavaş-yavaş ötürülür. Beləliklə də, müəyyən dərinlikdə, dünyadakı bütün dənizlərin temperaturu bir-birinə çox yaxın olur. Bu isə dənizdəki həyat üçün, çox əlverişli bir mühit meydana gətirir.

Həm atmosfer, həm də su yalnız bizim həyatımız üçün faydalı olan şüaların keçməsinə icazə verir. Uzaq ulduzlardan gələn hər cür zərərli və öldürücü kosmik şüalar, bu mükəmməl dizayn olunmuş süzgəcdən keçə bilmir.
Bütün bunlar çox mühüm həqiqətlərdir. İşıqla əlaqədar istənilən fiziki qanunu araşdırdığımız vaxt, hər şeyin tam həyat üçün əlverişli olduğu aydın olur. Britaniya Ensiklopediyasında qeyd olunan bir şərh, bunun nə qədər fövqəladə vəziyyət olduğunu belə qəbul edir:

“Dünyadakı həyatın müxtəlif istiqamətləri üçün görünən şüaların nə qədər əhəmiyyət daşıdığını düşündüyümüz vaxt, atmosfer və suyun işıq keçiriciliyinin bu qədər kiçik intervala sıxışdırılmış olduğu həqiqəti qarşısında, insan heyrətlənməyə bilmir”.

Yuxarıda da ifadə edildiyi kimi, atmosferin və suyun işıq keçiriciliyinin məhz canlılar üçün lazımi şəkildə olması olduqca möcüzəvi hadisədir. Lakin burada qeyd etməliyik ki, təəccüb oyandıran hal, bəzi insanların bu mükəmməl tarazlığın təsadüfən əmələ gəldiyini, atmosferin və suyun keçiricilik dərəcələrini özlərinin tənzimlədiyini zənn etmələridir. Əlbəttə ki, nə su, nə atmosfer, nə də kainatdakı hər hansı şüursuz varlıq belə möhtəşəm tarazlığı qurma bacarığına sahibdir. Təsadüf adlanan kortəbii və nəzarətsiz proseslərin bu qədər dəqiq hesablamalar apararaq hər şeyi bir-birinə uyğun əmələ gətirməsi qətiyyən mümkün deyil.

Kainatda və yaşadığımız Yer kürəsinin istənilən yerindəki hər fiziki qanunda, hər tarazlıqda və sistemdə mükəmməl nizam var. Üstəlik, insanlar yüz min illərdir bu möcüzəvi hadisələrdən xəbərsiz yaşayıblar, hələ yeni-yeni kainatdakı ehtişamın təfərrüatlarını öyrənməyə başlayıblar. Yer üzündəki yeganə ağıllı varlıq olan insanın qavrayış potensialından xeyli üstün olan bu möcüzəvi incəliklər, özlərini yaradan sonsuz qüdrət sahibi bir Yaradanın varlığının aydın dəlilləridir.

Məhz buna görə də, bu ehtişama baxıb Allahın varlığını görə bilməyən, Onun sonsuz ağlını və elmini təqdir edə bilməyən, Allahın hər şeyin hakimi olduğunu və hər şeyi yenidən yaratmağa qadir olduğunu qavramayan insanların mövcudluğu, əsil təəccüblənməli vəziyyətdir. Allah Quranda belə bildirmişdir:

İnsan, Bizim özünü bir damla sudan yaratdığımızı görmür? İndi o, açıq-aşkar düşmən kəsilmişdir. Öz yaradılışını unudaraq bizə bir nümunə verdi; dedi ki; "çürüyüb xarab olduğu halda bu sümükləri kim dirildə bilər?" De: "onları, ilk dəfə yaradan dirildəcək. O, hər cür yaratmağı bilir! Belə ki, O, sizin üçün yaşıl ağacdan od əmələ gətirəndir; siz də ondan yandırırsınız. Məgər göyləri və yeri yaradan, onların bənzərini yaratmağa qadir deyil? Əlbəttə, (belədir); O, yaradandır, biləndir. Bir şeyi istədiyi zaman Onun əmri yalnız: "ol!" deməsidir; o da dərhal olar. Hər şeyin hökmü (hökmranlıq və mülkü) əlində olan (Allah) nə qədər xeyirxahdır! Siz Ona qaytarılacaqsınız! (Yasin surəsi 77-83)

Əgər təəccüblənəcəksənsə, əsil təəccüb ediləsi şey, onların belə söyləmələridir: “biz torpaq ikən mi, həqiqətən biz mi yenidən yaradılacağıq?" Məhz onlar Allahı inkar edənlər, məhz onlar boyunlarına (oddan) qandallar keçirilənlər və məhz onlar (içində əbədi qalacaqları) odun dostları olanlardır. (Rad surəsi 5)

Geri