Atmosferdəki ideal nisbətlər

Yerin atmosferi də, həyat üçün lazım olan olduqca xüsusi şərtlərin bir yerə cəmlənməsiylə dizayn olunmuş fövqəladə tərkibdir. Yer kürəsinin atmosferi 77% azot, 21% oksigen və 1% karbon və arqon kimi digər qazların qarışığından ibarətdir.
Əvvəla, bu qazlardan ən əsası olan oksigendən başlayaq. Oksigen çox əhəmiyyətlidir, çünki insan kimi kompleks bədənlərə sahib canlıların enerji əldə etmək üçün, istifadə etdikləri əksər kimyəvi reaksiya oksigen sayəsində baş verər. Məhz biz də bundan ötrü, daim oksigenə ehtiyac duyarıq və bu ehtiyacı ödəmək üçün, tənəffüs edərik. İşin qəribə tərəfi, tənəffüs etdiyimiz havadakı oksigen miqdarının, olduqca həssas tarazlıqlar üzərində müəyyənləşdirilmiş olmasıdır. Maykl Denton (Michael Denton), bu mövzuya belə diqqət çəkir:

“Atmosferimiz, tərkibində daha çox oksigen saxlaya bilər və buna baxmayaraq, həyatın mövcud olmasına imkan verərdimi? Xeyr! Oksigen çox reaktiv bir elementdir. Hal-hazırda atmosferdə olan oksigen miqdarı, yəni 21%, həyatın təhlükəsizliyi üçün, keçilməməli hüdudların tam ideal nöqtəsindədir. 21%-lik göstəricinin üzərinə əlavə olunan hər 1%-lik oksigen miqdarı, bir ildırımın meşə yanğını başlatma ehtimalını 70% artırar”.

İngilis biokimyaçı Ceyms Lavlok (James Lovelock) isə bu həlledici tarazlığı belə ifadə edir:
“Oksigenin miqdarı 25%-dən artıq olsaydı, hal-hazırda istifadə olunan bitki mənşəli qidaların çox az hissəsi, bütün tropik meşələri və arktika tundralarını yox edəcək nəhəng yanğınlardan qoruna bilərdi... Atmosferdəki hazırkı oksigen miqdarı, təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı səviyyədədir”.

Atmosferdəki oksigen miqdarının sabit qalması da, mükəmməl bir "geri çevrilmə" sistemi sayəsində baş verər. Heyvanlar davamlı oksigendən istifadə edər və özləri üçün zəhərli karbon qazı buraxarlar. Bitkilər isə, bu əməliyyatın tam əksini həyata keçirər və karbon qazını həyat mənbəyi olan oksigenə çevirərək həyatın davam etməsini təmin edərlər. Hər gün bitkilər tərəfindən milyardlarla ton oksigen bu yolla istehsal edilərək atmosferə buraxılar.

Əgər bu iki canlı qrupu, yəni bitkilər və heyvanlar, eyni reaksiyanı gerçəkləşdirsəydilər, Yer kürəsi çox qısa müddətdə yaşanılmaz bir planetə çevrilərdi. Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen meydana gətirsəydilər, atmosfer qısa müddətdə "yanıcı" xüsusiyyət qazanar və ən kiçik bir qığılcım nəhəng yanğınlar törədərdi. Sonunda isə, Yer kürəsi nəhəng "balon partlayışı" nəticəsində yanaraq qovrulardı. Eləcə də, həm bitkilər, həm də heyvanlar karbon qazı meydana gətirsəydilər, bu dəfə də, atmosferdəki oksigen sürətlə tükənər və bir müddət sonra canlılar nəfəs almalarına baxmayaraq, "boğularaq" kütləvi halda ölməyə üz tutardılar.

Lakin Allah həyatın tarazlığını elə mükəmməl sistemlə yaratmışdır ki, atmosferdəki oksigen miqdarı həyat üçün ən ideal miqdarda qalır. Bu miqdar, Lavlokun (Lovelock) ifadəsi ilə, “təhlükənin və faydanın çox yaxşı şəkildə tarazlandığı miqdardır”.

Atmosferin qaz tərkibi yaşayan canlılar üçün həssas nisbətdədir. Hər qaz doğru nisbətdə və doğru miqdardadır. Məsələn, bizim üçün zərərli olan karbon qazı belə, əslində, çox mühüm qazdır. Çünki bu qaz Günəşdən gələn şüaların bir hissəsinin yer üzündən əks olunaraq kosmosa qayıtmasının qarşısını alır və beləliklə, Yerin temperaturunun qorunmasına kömək edir. Atmosferi təşkil edən bu qazların miqdarı Yerdə meydana gələn bioloji və tektonik proseslər sayəsində həmişə tarazlıqda saxlanılır. Bu tarazlığın min illərdir qorunması və canlıların ehtiyacı olduğu şəkildə mühafizə edilməsi də, yeni bir nizamı və bu nizamı mükəmməl yaradan Allahın varlığını göstərir.

Atmosferdəki karbon qazının Yer səthinin orta temperaturunu 35℃ artırdığı müəyyən edilmişdir. Yəni atmosferdə karbon qazı olmasaydı, planetimizin orta temperaturu 14°C deyil, -21°C olardı. Bu təqdirdə, bütün okeanlar donar və Yer kürəsində həyat olmazdı.

Geri